Yeni Aveo modelinin buraxılacağı keçən ilin dekabrında anons olunsa da, yeni model yalnız hetçbek kuzovu ilə nümayiş etdirilmişdi. Üstəlik, avtomobil haqqında təfərrüatlar çox az idi. İndi isə, daha geniş məlumat verilib və sedan variantı da debüt edib. Özü də, yeni nəslin kökü artıq bəllidir.

Bizə tanış olan Koreyada yaradılmış Chevrolet Aveo modelinin istehsalına hələ 2020-ci ildə son verilib və onun birbaşa varisi bu günə qədər peyda olmayıb. Aveo adı isə yalnız Meksikada qorunub saxlanılıb: bu ad Çində Chevrolet Sail kimi tanınan və istehsal edilən sadə sedana aiddir. Yeni Aveo modeli məhz onu əvəz edib və artıq iki kuzov ilə təklif olunur.

Ümumiyyətlə, Chevrolet şirkətinin Meksika bölməsi Çin mənşəli və istehsalı olan avtomobillərə çoxdan və sıx şəkildə bağlanıb. Artıq qeyd olunan Aveo modelindən başqa, yerli çeşiddə Onix və Cavalier modelləri, həmçinin ilkin olaraq Baojun brendi altında hazırlanmış Groove və Captiva krossoverləri, habelə Tracker modeli var.

Aveo modeli də Səma İmperiyasındandır: o, SAIC-GM-Wuling birgə müəssisəsi tərəfindən yaradılıb və daxili bazarda bu modellər Wuling markası altında satılacaqdır. Bununla belə, modelin təqdimatı Meksikada keçirilib.

Həm hetçbek, həm də sedan Wuling markasının ən son Xingchen və Xingchi krossoverlərinin üslubunda ciddi və sadə dizayna malikdirlər. Bununla belə, sedanın arxa tərəfinin dizaynı ağır görünsü ilə seçilir. Fənərlər adi halogenlərdir, LED-lərdən isə, yalnız gündüz hərəkət işıqlarında istifadə olunur. Aveo yarımüstəqil arxa asqısı, disk əyləcləri və 15-düymlük təkər diskləri olan sadə şassiyə malikdir.

Baza versiyası yalnız korporativ alıcılar üçün nəzərdə tutulsa da, seçim etmək üçün üç təchizat səviyyəsi təklif olunur. Baza versiyasının təchizatına altı təhlükəsizlik yastığı, ABS, media sisteminin səkkiz düymlük ekranı, arxa görüntü kamerası və təkərlərin təzyiqinə nəzarət sistemi daxildir. Cihazlar paneli klassikdir, opsiyalar arasında klimat-kontrol var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Meksikada satılan sedan və hetçbeklər 98 at qüvvəsi və 142 Nm fırlanma anı hasil edən 1,5-litrlik atmosfer mühərriki ilə təchiz edilirlər. Turbomühərriklər ümumiyyətlə nəzərdə tutulmayıblar. Güc aqreqatları altı pilləli mexaniki ötürmələr qutusu və ya variator ilə tandemdə çalışa bilərlər.

Avtomobillər yazda satışa çıxmalıdırlar. Artıq avtomobillərin Çindəki zavodda istehsalına başlanılıb. Qiymətlər hələlik açıqlanmayıb, lakin əvvəlki Aveo modelinin Meksikadakı satış qiyməti 14,600 dollardan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.