Dodge Challenger Hellcat "əzələ" avtomobilinin növbəti nəsli 760 at qüvvəli mühərrikə malik olacaqdır. Bu barədə məlumatı şirkət daxilindəki mənbələrə istinadən "Automobile" dərgisi yaymışdır. Hal-hazırda Dodge Challenger Hellcat modeli 717 at qüvvəsi və 881 Nm fırlanma anı olan 6,2-litrlik kompressorlu V8 mühərriki ilə hərəkətə gəlir.
"Bərkgedən" kupe yerindən 96 km/saat həddini toplamağa 3,5 saniyə sərf edir. Dodge Challenger Hellcat modelinin maksimal sürəti 320 km/saat təkil edir. Amerikan istehsalçısı növbəti Challenger modelini 2019-cu uldə təqdim etmək niyyətindədir. Yeni "əzələ" avtomobili bir müddət bundan öncə debüt etmiş Alfa Romeo Giulia sedanının platformasında hazırlanacaqdır. Yeni platforma modelin dinamikasını və idarəolunmasını yaxşılaşdırmalıdır.
2019-cu ildə Dodge şirkəti həmçinin Barracuda adlı üstü açıq idman avtomobilini buraxmaq niyyətində olduğunu bildirmişdir. Barracuda adlı kupe və kabrioletlər keçən əsrin 60 - 70-ci illərində artıq ömrünü sizlərə bəxş etmiş Plymouth markası tərəfindən istehsal edilirdi. Yeni Barracuda kabrioletini Challenger modelinin bazasında yaratsalar da, kabriolet tanmamilə başqa kuzov əldə edəcəkdir.
Dodge Barracuda Ford Mustang və Chevrolet Camaro modellərinin aşıq variantları ilə rəqabət aparacaqdır. Chysler şirkəti Baraccuda əmtəə markasını 2015-ci ildə qeydə almışdır. Bundan bir neçə ay sonra Fiat Chrysler Automobiles (FCA) ittifaqı markanın dilerləri üçün Barracuda modelinin bağlı təqdimatını keçirmişdi.