Çinin Sənaye və İnformasiyalaşdırma nazirliyinin məlumat bazasında növbəti, üçüncü nəsil Ford Edge krossoverinin şəkilləri peyda olub. Cari Ford Edge krossoveri 2015-ci ildən bəri istehsal olunur. Bu müddət ərzində model iki dəfə restylinqdən keçib. Sonuncu dəfə, 2021-ci ildə, Ford eksklüziv olaraq Çin bazarında satılan üçsıralı Edge Plus modelini yeniləyib. Yaxın zamanda Çində krossoverin üçüncü nəslinin debüt edəcəyi gözlənilir.
Ford Edge krossoverinin imicinin kökündən dəyişdirdiyini, ikirəngli kuzov və “süzən” dam sayəsində sələfindən daha sanballı və daha statuslu göründüyünü qeyd etmək gərəkdir. Yeni modelin dizaynı ümumilikdə Çin bazarı üçün nəzərdə tutulmuş ən son Ford modellərinin - Evos kross-liftbəki və Mondeo sedanından tutmuş Equator krossoverinə qədər, - dizayn üslubunu təkrarlayır.
Krossoverin ölçülər də dəyişib: indi yeni Edge Çində buraxılan Toyota Highlander krossoverini üstələyərək yerli Explorer ofrouderinə yaxınlaşır.
Çinin Sənaye və Ticarət nazirliyi hələlik yeni krossoverin interyer şəkillərini dərc etməyib. Bununla belə, krossoverin interyer ilə Mondeo sedanındakı interyer arasında ciddi fərqin olacağı gözlənilmir. Çox güman ki, Edge modeli demək olar ki, ön panelin eni boyu uzanan nəhəng rəqəmsal paneli alacaq, onun tərtibat materialları və avadanlıq siyahısına yenidən baxılacaqdır.
Doğrudur, cari Edge Plus modelində də genişformatlı ekran var. O, özündə 8,0-düymlük cihazlar panelini və multimedia sisteminin 13,2-düymlük displeyini birləşdirir. Multimedia süni intellektli səs köməkçisi ilə təchiz edilib və “hava” üzərindən yenilənir.
“Üçüncü” Edge üçün bəyan edilmiş yeganə mühərrik 251 at qüvvəli 2,0-litrlik dördsilindrli EcoBoost turbomühərrikidir. Bu mühərrik səkkiz pilləli avtomatik transmissiya, ön və ya tam ötürmə ilə birlikdə çalışan 245 at qüvvəli bənzər aqreqatı əvəz edəcəkdir. Eyni zamanda, yeni krossover hibrid güc qurğusunu da əldə edə bilər – lakin hələlik bu barədə təfərrüatlar yoxdur.
İlkin məlumata görə, yeni Ford Edge modelinin Çindəki satışları gələn il başlamalıdır. Krossoverin istehsalı, əvvəlki kimi, Changan Ford BM tərəfindən həyata keçiriləcəkdir. Qiymətlər hələ açıqlanmayıb. Aktual Ford Edge Plus modelinin qiyməti 229 800 ilə 269 800 yuan (58 000 ilə 68 000 manat) arasındadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.