Ford şirkətinin Avropa bölməsi Twitter social şəbəkəsindəki səhifəsində yeni nəsil Fiesta hetçbekinin ilk rəsmi fotoşəklini dərc etmişdir. Fotoşəkil yeni avtomobilin dünyəvi təqdimatına saatlar qalmış dərc edilmişdir. Öz növbəsində yeni Fiesta modelinin təqdimatı dünən Almaniyada keçirilən “Go Further” adlı tədbirdə keçirilmişdir.
Yeni nəsil Ford Fiesta modeli sələfindən “daha hamar eksteryer dizaynı” ilə seçilir. Şirkət nümayədələrinin sözlərinə görə onlar iti xəttlərdən və tərəflərdən imtina etmişdirlər. Artıq bir çox ekspertlər avtomobilin “darıxdırıcı” göründüyünü söyləmişdirlər. Beş qapılı kuzova malik olan Fiesta modelinin növbəti nəsli yeni baş işıq texnikasını, dəyişdirilmiş radiator barmaqlığını, yeni kapot, ön və arxa bamperi və duman əleyhinə fənərləri əldə etmişdir.
Əlavə olaraq, avtomobilin arxa fənərləri və baqaj bölümnün qapağının forması dəyişdirilmişdir.
Öz növbəsində, avtomobilin üç qapılı variantı beş qapılı “qardaşından” təkmilləşdirilmiş radiator barmaqlığından, duman əleyhinə fənərləri və bamperi ilə seçilir. Yeni Ford Fiesta modeli tamamilə yeni salona sahib olmuşdur.
Avtomobilin interyerində demək olar ki, sükan çarxından başlayaraq idarəetmə organlarına kimi hər şey dəyişdirilmişdir. Eyni zamanda avtomobil daha eksklyuziv salon tərtibatına və rahatlığa malik olan dəbdəbəli Vignale variantıda da təklif ediləcəkdir. Almaniyada keçirilmiş təqdimat zamanı Ford nümayəndələri Fiesta modelinin amerikan istehsalçısının model xəttində unikal B&O Play audiosistemi ilə təchiz ediləcək ilk avtomobil olacağını bildirmişdirlər. Bundan başqa, modelin təchizatına 8-düymlük sensorlu ekranı olan Sync3 multimedia sistemi daxil edilmişdir.
Məlum olduğu kimi, Ford Fiesta modeli nəsil dəyişikliyi zamanı 3 və 5-qapılı kuzovlu variantlardan, həmçinin ST Line və Vignale modifikasiyalarından başqa Fiesta Active variantını da əldə etmişdir.
Ford Fiesta Active yüksək klirensə malik “yalançı krossoverdir” ki, bu model də janrın qaydalarına uyğun olaraq plastikdən hazırlanmış müdafiə qurşağı, unikal disklər və relinqlərlə təchiz edilir. Təqdimat zamanı avtomobil üçün təklif edilən mühərrik çeşidi haqqında heç bir məlumat verilməmişdir. Çox güman ki, mühərriklərin siyahısında ciddi dəyişiklik olmayacaqdır. Bununla bərabər “Go Further” tədbiri çərçivəsində silindirlərin deaktivasiya sistemi olan 1,0-litrlik EcoBoost mühərriki təqdim edilmişdir ki, bu aqreqat belə texnologiya ilə təchiz edilmiş ilk üç silindrli mühərrikdir. Rəsmi məlumatlara görə, silindr 14 millisaniyə ərzində deaktiv edilir ki, bu da sürücü və sərnişinlərə narahatçılıq verməməlidir. Ehtimallara görə bu mühərrik yeni Fiesta modelində debüt edə bilər.