Bu, yeni nəsil Ford Ranger pikapının ilk görüntüləridir. Hələlik pikap sınaqdan keçirilir və güclü kamuflyaj örtüyünə malikdir, lakin onun debütü artıq çox yaxındır. Yeni pikap satışa 2022-ci ildə çıxmalıdır. Xatırladaq ki, cari Ranger pikapı artıq 10 ildir ki, buraxılır.
Yeni Ford Ranger pikapının dizayn cəhətdən “böyük qardaşı” F-150 modelinə bənzəyəcəyi heç kimdə şübhə doğurmur. Yeni pikap rama quruluşunu və bötüv axa köpünü, habelə bir neçə kabin variantını qoruyub saxlayacaqdır. Bununla belə, avtomobilin texniki hissəsi barədə məlumat verilməyib.
Böyük ehtimalla, yeni Ranger modeli ən müsir elektronikanı əldə edəcəkdir. Söhbət geniş onlayn imkanları olan multimediadan, həmçinin təhlükəsizlik sistemlərindən gedir. Məsələn, cari Ranger modeli kor zonalara nəzarət və dairəvi görüntü sistemləri ilə təklif olunmur. Odur ki, bütün bunların yeni modelin təchizatına daxil olacağını söyləmək gərəkdir.
Yeni Ford Ranger modelinin ardınca onun ən yaxın qohumu - ikinci nəsil Volkswagen Amarok pikapı debt etməlidir. Yeni Amarok modeli Ford və Volskwagen konsernlərinin birlikdə hazıraldıqları ilk seriya modeli olacaqdır. Ümumi ailənin yaradılmasına Ford cavabdehdir - pikaplar platformanı və aqreqatlar çeşidini bölüşəcəklər. Üstəlik, hər iki model Ford şirkətinin Cənubi Afrika Respublikasındakı zavodunda buraxılacaqdırlar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.