Keçən ayın əvvəlidə Genesis markası yeni nəsil G80 Sport modelinin ilk şəkillərini dərc etmişdi. Bu gün Cənubi Koreya istehsalçısı əlavə şəkillərini dərc edərək, model haqqında bəzi təfərrüatları açıqlayıb. İstehsalçı hələlik daxili bazarda satılacaq sedan haqqında məlumat ilə bölüşüb.
Vəd olunduğu kimi, Genesis G80 Sport modeli tam idarələnən şassiyə sahib olub: 60 km/saat həddinə qədər sürətlərdə arxa təkərlər ön təkərlərə nisbətən əks istiqamətə dönürlər ki, bu da dönmə radiusunun azalmasına səbəb olur. Daha yüksək sürətlərdə idarəetməni yaxşılaşdırmaq üçün arxa təkərlər öndəklilər ilə eyni istiqamətə dönürlər.
Sport indeksinin alımış sedan başqa yayları və amortizatorları olan yenidən işlənilmiş asqını və daha dinamik sürətlənməni təmin edən Sport+ hərəkət rejimini əldə edib. Mühərrik çeşidi isə dəyişilməz qalıb: G80 Sport modeli vətənində 300 at qüvvəsi və 422 Nm fırlanma anı hasil edən 2,5-litrlik, habelə 375 at qüvvəsi və 530 Nm fırlanma anı hasil edən 3,5-litrlik benzin mühərrikləri ilə təklif edilir.
Bundan başqa, modelin mühərrik çeşidində 207 at qüvvəsi və 421 Nm fırlanma anı hasil edən 2,2-litrlik dizel mühərriki də mövcuddur. Bütün aqreqatlar 8-pilləli “avtomat”ilə tandemdə çalışırlar. Ötürmə - arxa və ya tam ötürmə ola bilər.
Genesis nümayəndələri G80 Sport modelinin xarici görünüşünü “Atletik Zəriflik” dizayn üslubunun təkamülündə növbəti addım adlandırırlar. Model daha "aqressiv" bamperlərə və tündləşdirilmiş xromdan eksteryer elementlərinə, qırmızı və ya qara rəngli əyləc supportlarına, habelə unikal dizaynlı 20-düymlük təkər disklərinə sahib olub.
Şəkillərdən göründüyü kimi, G80 Sport modeli üçqollu sükan çarxına malikdir. Genesis ön panel üçün üç tərtibat variantını hazırlayıb: tərtibatda alüminium, karbon və ya rombşəkilli naxışı olan bir neçə materialdan istifadə olunur. Əlavə ödəniş qarşılığında, oturacaqların rombşəkilli və ya V-şəklində naxışları olan xüsusi tərtibatını da sifariş etmək olar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.