Hyundai Creta krossoverinin ikinci nəsli barədə kifayət qədər məlumat vermişik. Yeni nəsil Creta modelinin eksteryer dizaynı da, demək olar ki, oxucularımız üçün sirr deyil. Odur ki, bu günki xəbərdə daha çox avtomobildə baş vermiş dəyişikliklərdən danışacağıq.
Bu gün Çində Hyundai şirkəti ix25 modelini təqdim edilib. Əslində, burada təəccüblü bir şey yoxdur – bizim bazarda Creta kimi tanınan krossover Çin bazarında Hyundai ix25 adı ilə satılır. Beləliklə, yeni ix25/Creta sələfindən 30 mm uzun, 10 mm enli və hündür olub. Avtomobilin təkər bazası da 20 mm artıb. Baqaj bölümünün həcmi 431 litrdən 444 litrə qədər artırılıb.
Yeni Hyundai Creta modelinin eksteryer dizaynı daha iri Palisade krossoverinin üslubunda tərtibata malikdir. Bundan başqa, koreya istehsalçısı Creta üçün parlaq və effektiv kuzov rəngləri təklif edir. Üstəlik, krossoverin damını başqa rəngə də boyamaq mümkündür.
Krossoverin interyer arxitekturası da ciddi şəkildə dəyişdirilb: salonda başqa formal deflektorları olan yeni ön paneli, aşağı hissəsi “kəsilmiş” sükan çarxını, ötürmələr qutusunun yeni selektorunu, transmissiyanın iş rejimlərini dəyişən şaybanı görmək olar. Ən başlıca dəyişiklik avtomobilin artmış “multimedia indeksidir”. Yeni Hyundai Creta 12,3-düymlük rəqəmsal cihazlar paneli və mərkəzi konsoldakı 10,4-düymlük şaquli formal sensorlu displey ilə təchiz edilib.
Yeni krossover çoxsaylı onlayn-servislər, səslə idarələnən yardımçı, qadcetlrin naqilsiz doldurulması sistemi, dairəvi müşahidə kameraları və bir sıra elektron köməkçilərlə təklif edilir. Məsələn, "Salam Hyundai! Mənə soyuqdur" deyəndən sonra səs yardımçısı pəncərə və lyuku bağlayacaqdır.
Opsiyalar siyahısında bizim alıcıların sinov getdiyi 1,15 metrlik uzunluğa malik panoram tavan da var. Bundan başqa, avtomobili adaptiv kruiz-kontrol, açarsız giriş ilə də təchiz etmək olar. Elektron köməkçilər 10 sistemdən ibarətdir ki, onlarında arasında kor zonalara nəzarət və sürücünün vəziyyətinə nəzarət sistemləri də mövcuddur.
Mühərrik çeşidinə gəldikdə isə, yeni krossover ilkin olaraq yeganə mühərrik ilə təklif olunacaqdır. Bu, 115 at qüvvəsi hasil edən 1,5-litrlik atmosfer benzin mühərrikidir. Güc aqreqatı alternativsiz olaraq variatorla təchiz ediləcəkdir. Bundan başqa, krossoveri əlavə ödənişlə tam çəkiş sistemi ilə də təchzi etmək olar. İstehsalçı sonradan modelin mühərrik çeşidini genişləndirəcəyini bildirib.
Bəs bizə nə düşəcək? Hələlik, yeni Hyundai Creta modelinin bizim bazarda nə zaman debüt edəcəyi barədə heç bir məlumat yoxdur. Çox güman ki, Azərbaycan bazarında satılacaq Hyundai Creta sadələşdirilmiş təchizatla təklif ediləcəkdir. Mühərrik çeşidinə gəldikdə isə, yeni krossoverin əvvəlki 1,6 və 2,0 litrlik mühərrikləri qoruyub-saxlayacağını da ehtimal etmək olar. Necə də olsa, hələlik benzinimizin keyfiyyəti dünya standartlarına cavab vermir.