Yeni nəsil Hyundai Creta krossoveri beş və yeddiyerli salon quruluşu ilə təklif ediləcəkdir. Yeni nəsil Creta modeli sələfinə nisbətən daha böyük ölçülərə malik olacaqdır. Bundan başqa, yeni krossover koreya markasının son modellərinin dizayn üslubunda eksteryer və interyerə, həmçinin yeni mühərrik çeşidinə sahib olacaqdır.
Bu barədə Autocar India dərgisi məlumat verib. Bu səbəbdən də əldə edilən bütün məlumatları Hindistan üçün nəzərdə tutulan modelə şamil etmək olar. Dərginin iddiasına görə, Hyundai Creta modelinin ikinci nəsli 2020-ci ildə bazara çıxacaqdır. Yeddiyerli modifikasiya isə bir il sonra işıq üzü görəcəkdir. Modelin mühərrik çeşidinə 1,5-litrlik benzin və dizel mühərrikləri daxil ediləcəkdir.