Hyundai şirkəti altıncı nəsil Grandeur sedanının ilk tizerlərini dərc etmişdir. Cənubi Koreyada yeni bayraqdar sedana sifarişləri noyabrın ikisindən qəbul etməyə başlayacaqlar. Bildiyimiz kimi, Hyundai Grandeur modelindən yuxarı pillədə ancaq Genesis modelləri yerləşir.

Yeni sedan barədə ətraflı məlumat verilməmişdir.  Böyük ehtimalla yeni bayraqdar sedan Kia K7/Cadenza modelinin platformasında hazırlanacaqdır. Bildiyimiz kimi yeni nəsil Cadenza modeli bu ilin əvvəlində Cənubi Koreyada debüt etmiş, mart ayında isə Nyu-York avtosalonunda avtomobilin ABŞ bazarı üçün nəzərdə tutulmuş modifikasiyası nümayiş etdirilmişdi.

Beş metr uzunluğa malik olan Hyundai Grandeur modelinin növbəti nəslinin mühərrik çeşidinə 3,3-litrlik altı silindirli güc aqreqatı daxil olacaqdır. Bu mühərrik Hyundai-Kia ittifaqının hazırladığı səkkiz pilləli avtomatik sürətlər qutusu ilə birlikdə çalışacaqdır. Sonradan Grandeur modelinin ABŞ bazarı üçün nəzərdə tutulmuş modifikasiyası təqdim ediləcəkdir. Çox güman ki, Hyundai Azera adlanan yeni sedan gələn ay başlayacaq Los-Anjeles avtosalonunda nümayiş etdiriləcəkdir.

Azərbaycan bazarında yeni nəsil Grandeur modelinin satışları gələn ilin ortalarında başlanmalıdır. Hyundai şirkətinin yerli nümayəndəsi 2017-ci ilin fevral ayından başlayaraq yeni avtomobil üçün sifarişləri qəbul etməyə başlayacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt