Bu gün İnternet məkanında yeni Hyundai i20 hetçbekinin şəkilləri peyda olub - hetçbek daha atletik görkəmə malik olub və indi avropalıların zövqünə uyğunlaşdırılıb. Modelin dizaynı yeni Sonata sedanında tətbiq edilmiş "həssas idman" fəlsəfəsinə əsaslanır. Yeni Hyundai i20 modelinin kütləvi debütü martın əvvəlində işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.

Hyundai i20 hetçbeki nəzərəçarpacaq dərəcədə dəyişsə də, sələfinin nisbətlərini qoruyub. Xüsusiyyətlər arasında Z şəkilli naxışları olan arxa fənərlər, bucaqlı ön fənərlər, pəncərə xəttinin böyük meyl bucağı,  LED zolaq ilə bölünmü baqaj qapağı və yalançı diffuzor var. Əvvəllər yuvarlaq formaya malik olan yanacaq çəninin qapağı düzbucaqlı olub və formaına görə işıq texnikasının əyilmələrinə uyğunlaşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

İnteryerin görüntüləri hələlik dərc edilməyim, ancaq istehsalçının bildirdiyinə görə, salonda "üfüqi bıçaqlar" və gizli havalandırma deflektorları olacaqdır. Rəqəmsal cihazlar paneli və multimedia sisteminin mərkəzi ekranlarının hər biri 10,25-düymlük ölçüyə malik olacaq və vahid şüşənin altında birləşdiriləcəkdirlər.