Hyundai şirkəti yeni nəsil Tucson krossoverinin çeşidi tədricən genişləndirir. Məsələn, dekabr ayında ən güclü təkrar doldurula bilən hibrid Tucson krossoveri modifikasiya xəttinə əlavə edilib. Bu gün növbə krossoverin “idman” N Line versiyasına gəlib çatıb. Belə modifikasiya əvvəlki nəsildə də mövcud idi. Lakin nəsil dəyişikliyi ilə birlikdə, “idman” modifikasiyasının yaradılması resepti də bir qədər dəyişib.
Yeni Tucson N Line modeli yalnız Avropadakı alıcılara yönəldildiyi üçün, əsas kimi, krossoverin qısa təkər bazasına malik olan versiyası götürülüb. Əsas xüsusiyyətlər əvvəllər olduğu kimi, dizayn həllərindən ibarətdir: bunlar daha aqressiv bamperlər, kuzov rəngində plastikdən hazırlanmış aerodinamik dəst, çıxıntılı qapı kandarları, beşinci qapıdakı böyüdülmüş spoyler və orijinal 19-düymlük təkər diskləridir . Arxada isə buraxılış sisteminin cütlənmiş “lüləsi” diqqət çəkir.
Salonda da idman cizgiləri mövcuddur. Burada güclü yan dəstəyi olan oturacaqları, yoğun sükan çarxını, metal pedalları və qırmızı dekoru görmək olar. Mexaniki transmissiya ilə təchiz edilən avtomobillərdə, əlavə olaraq, ötürmələr qutusunun qolunun fərqli başlığı quraşdırılır.
Əvvəlki nəsil Tucson N Line modeli yenidən tənizmlənmiş asqıya malik idi, lakin yeni krossover standart şassi ilə təklif edilir. İstehsalçı, yalnız stabilizasiya sisteminin tənzimləmələrini dəyişdirib. Ancaq adaptiv amortizanorları olan opsional asqısı yenidən tənizmlənib və Sport hərəkət rejimində şassi daha sərt və sükan daha ağır olur.
Mühərriklər standartdır, lakin ən zəif mühərriklər yeni N Line versiyası üçün nəzərdə tutulmayıb. Tucson N Line modelinin mühərrik çeşidinə 150 at qüvvəli 1.6 T-GDI benzin “turbodördlük”, həmin mühərrikin 48 voltluq startyor-generatoru olan 150 və 180 at qüvvəli versiyası, habelə eyni hibrid əlavəyə malik olan 136 at qüvvəli 1.6 CRDi turbodizeli daxildir.
Eyni zamanda, 180 at qüvvəli 1.6 T-GDI turbomühərriklə təchiz edilmiş tam hüquqlu hibridlər də mövcuddur: adi Tucson Hybrid modeli 230 at qüvvəsinə, yenidən doldurulan Tucson Plug-In Hybrid isə 265 at qüvvəsinə sahibdir. Ötürmə - ön oxa və ya tam ola bilər (arxa oxda muftası olan).
Avropada N Line təchizatına malik olan krossoverlərin satışı baharda başlanacaqdır, lakin müştərilər hibridləri yaya qədər gözləməli olacaqdırlar.