Bu gün internet şəbəkəsində yeni nəsil Infiniti QX50 krossoverinin patent təsvirləri yayılmışdır. Bu təsvirlər Carscoops portalı tərəfindən dərc edilmişdir.
Növbəti nəsil QX50 krossoveri bu ilin yanvarında Detroytda nümayiş etdirilmiş eyni adlı konseptual krossoverin motivləri əsasında yaradılmışdır. Təsvirlərdən də göründüyü kimi, krossoverin seriya veriantı konseptə nisbətən daha «sakit» görünüşə malikdir. Diqqət yetirsəniz seriya modelinin bamperlərinin və ön işıq texnikası ilə seçildiyini görərsiniz.
Avtomobilin texniki hissəsi barədə ətraflı məlumat verilməmişdir. Detroyt konsepti ilə birlikdə yapon istehsalçısı sərgidə dəyişən sıxılma əmsalı olan VC-Turbo adlı benzin mühərrikini də nümayiş etdirmişdir. 272 at qüvvəsi hasil edən bu 2,0-litrlik turbomühərrikini məhz QX50 modeli ilə birlikdə debüt edəcəyi söylənilir. Yeni krossover dilerlərin sərəncamına gələn il veriləcəkdir.