Bu gün Motor1.com saytı yeni nəsil Jeep Wrangler ofroderinin cəsuslar tərəfindən çəkilmiş şəkillərini dərc etmişdir. Ən maraqlısı odur ki, bu dəfə cəsuslara avtomobilin salonuna «baxmaq» nəsib olmuşdur.
Dərc edilmiş şəkillərdən avtomobilin salonunun tamamilə dəyişəcəyini, lakin bir sıra stilistik elementlərin qorunub-saxlanıldığını müşahidə etmək olar. Buna misal olaraq mərkəzi konsolda yerləşdirilmiş şüşəqaldıranların düymələrini göstərmək mümkündür. Jeep Wrangler əvvəlki kimi kvadrat formaları ilə fanatlarını sevindirəcəkdir. Bir müddət bundan əvvəl Facebook sosial şəbəkəsindəki səhifəmizdə dərc edilmiş variant amerikan istehsalçısının rəhbərliyi tərəfindən rədd edilmişdir.
Xatırlayırsınız isə, rədd edilmiş variant üç bölməli çıxarılan tavanla təchiz edilmişdir. Böyük ehtimalla, həmin tavan yeni Jeep Wrangler modeli ilə birlikdə debüt edəcəkdir.
Markanın dilerləri üçün təşkil edilmiş təqdimat mərasimində çəkilmiş cəsus şəkillərində, yeni ofroderin ön qanadları üzərində işıqdiodlarından hazırlanmış nazik formalı gündüz işıqlarının olduğunu müşahidə etmisiniz.
Bununla bərabər, radiator barmaqlıqlarının ənənəvi xəttlərinin də bir qədər qatlanmış formaya malik oacağı da məlumdur. Kamuflyaj edilmiş prototiplərə nəzər salsaq , yeni ofroderin alın şüşəsinin mailliyinin bir qədər artacağını söyləmək olar.
Avtomobilin kuzovunda və konstruksiyasında alüminiumdan və yüksək sərtlikli poladdan geniş istifadə sayəsində “Renqler” ciddi şəkildə çəki atmalıdır. Lakin, bütün bunlar heç də avromobilin yolsuzluq şəraitindəki imkanlarını məhdudlaşdırmayacaqdır. Jeep Wrangler əvvəlki kimi yüksək keçimıliyi ilə seçiləcəkdir.
Digər tərəfdən yeni ofroderin beş qapılı kozov ilə yanaşı üç qapılı variantının olacağı da şübhəsizdir. Bununla bərabər, yeni Jeep Wrangler pikap tipli kuzovla da təklif ediləcəkdir. Bu növ kuzovla təchiz edilmiş prototiplərin çoxsaylı fotoşəkillərini görmüş olmalısınız.