Bu gün internet şəbəkəsində, müəllifinin iddia etdiyi kimi, yeni nəsil Jeep Wrangler (JL) modelinin radiator barmaqlığının şəkili dərc edilmişdir. Bu fotoşəkil LJ Wrangler Forums internet resursunda peyda olmuşdur.
Yeni avtomobilin elementləri olan fotoşəkilləri görmək şansı əldə etmiş ekspertlərin bir çoxu, qarşımızda həqiqətən də əfsanəvi ofroderin yeni modelinin ön hissəsinin elementinin olduğunu təsdiq etmişdirlər. Yeniliklərdən danışsaq, təsvirdən də göründüyü kimi, yeni nəsil Jeep Wrangler modeli radiator barmaqlığında yerləşdirilmiş dönmə işıqlarına malik olmayacaq - onlar ön qanadlara köçürülmüşdürlər. Əlavə olaraq, radiator barmaqlığında ənənəvi loqotipdən əsar-əlamət yoxdur. Çox güman ki, loqotip kapotun ön hissəsində həkk olunacaqdır.
Eyni zamanda, radiator barmaqlığının şaquli zolarlarının yuxarı hissədə «qırıldığını» görürük ki, bu da bizə 1987 - 1995-ci illərdə buraxılan YJ modelini xatırladır. Yeri gəlmişkən, cari modeldə bu zolarlar hamardır. Həmçinin qeyd etmək lazımdır ki, fənərlərin «yuvaları» radiator barmaqlığının geometriyasını bir qədər «pozur». Bu da öz növbəsində əvvəlki illərin modellərinə ithafdır. Artıq məlumat verildiyi kimi, yeni nəsil Jeep Wrangler modelinin kütləvi təqdimat mərasimi payızda keçiriləcək Los-Anjeles avtosalonunda baş tutacaqdır.

