Yeni nəsil Lexus LX modeli bir ay yarım bundan öncə debüt edib. Bununla belə, yeni ofrouderin qiymətləri açıqlanmayıb. Bu həftə Yaponiyada benzin mühərrikli yeni LX 600 modelinə öncədən sifarişlərin qəbuluna başlayıb və dilerlərdən biri mətbuat ilə Lexus kitabçasının şəkili ilə bölüşüb. Lexus LX modelinin baza versiyasının qiyməti 12,5 milyon yen (187.385 manat), Executive top versiyasının qiyməti isə 18 milyon yendən (269.835 manat) başlayır. Beləliklə, Lexus markasının bayraqdar ofrouderi Toyota Land Cruiser 300 modelindən 2,5 dəfə bahadır.
Kitabçadan göründüyü kimi, adi Lexus LX 600 modeli və Off-Road paketinə sahib olan versiyanın arasındakı qiymət fərqi 3,2% təşkil edir. Hər iki versiya həm beş, həm də yeddi yerli salonla təklif olunur. Bütün LX 600 modelləri 415 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 turbomühərriki və 10-pilləli “avtomat”, habelə oxlararası differensialı olan tam ötürmə sistemi ilə təchiz edilirlər.
LX model xəttinin zirvəsində dəbdəbəli dörd yelik salonu olan və ikinci cərgədə ayaq dayaqları olan multikonturlu kreslolar ilə təchiz edilmiş Executive versiyası durur. Belə versiya baza modelindən 1,5 dəfə bahadır, üstəlik, Mark Levinson səs sistemi kimi opsiyalar üçün əlavə ödəniş etmək lazım gələcəkdir.
Yaponiyada Lexus LX modelinin başlanğıc qiyməti təqribən 10% artıb. Buna baxmayaraq, Toyota şirkəti modelə olan yüksək tələbata hazırdır – avtomobili əldə etmək istəyən şəxslər müəyyən vaxt ərzində onu satmayacaqları barədə xüsusi müqavilə imzalamalı olacaqlar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.