Fransız Worldscoop forumunda yeni nəsil Mercedes-Benz C-Class modelinin kamuflyajsız görüntüsü dərc edilib. Eksteryer dizayndakı dəyişikliklər inqilabi deyil, daha çox təkamül xarakterlidir: radiator barmaqlığı daha oval formaya sahib olub, ön fənərlər bir qədər daralıblar.
W206 seriyasından olan növbəti nəsil C-Class haqqında məlumat çox azdır. "Kiçik" sedanı avtopilot sistemi də da daxil olmaqla, bayraqdar Mercedes-Benz S-Class modelindən alınmış elektron sistemlər ilə təchiz ediləcəyiı gözlənilir. Modelin mühərrik çeşidinə benzin və dizel aqreqatları, həmçinin təkrar doldurula bilən hibrid güc qurğuları daxil ediləcəkdir.
Bundan əlavə, "bərkgedən" Mercedes-AMG C 63 versiyası 500 at qüvvəsi olan elektrikləşdirilmiş 2,0-litrlik dördsilindrli turbomühərrikə keçə bilər. Müqayisə üçün, W205 seriyasından olan Mercedes-AMG C 63 S modelinin 4,0-litrlik V8 biturbo mühərriki 510 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edir. EQ-Power + hibrid əlavəsi olan bu mühərrik sonradan C 43 modifikasiyasında da quraşdırıla bilər.
Bir müddət bundan öncə, İnternet şəbəkəsində növbəti nəsil Mercedes-Benz C-Class modelinin interyer şəkilləri peyda olmuşdu: multimedia sisteminin düzbucaqlı dendorlu ekranı yerini demək olar ki, kvadrat formalı planşetə verib, iqlimə nəzarət sisteminin idarəetmə bloku sensorlu olub, fiziki düymələri sayı isə minimuma endirilib.
Sedan, universal, kupe və kabriolet kuzovları ilə təklif ediləcək yeni nəsil Mercedes-Benz C-Class ailəsinin təqdimatı 2021-ci ilə planlaşdırılıb. 2021-ci ilin sonuna qədər isə "bərkgedən" versiyalar debüt etməlidirlər.