Motor1.com nəşri, Mercedes-Benz şirkətinə istinadən, növbəti, üçüncü nəsil CLA modelinin yeni “mülayim hibrid” texnologiyası haqqında məlumatı bölüşüb. 2025-ci ildə debüt edəcək dördqapılı model MMA modul platformasında inşa ediləcək və sırf elektrik versiyası ilə yanaşı, hibrid modifikasiyada da buraxılacaq. Sonuncu, transmissiyaya inteqrasiya edilmiş elektrik mühərriki olan 48 voltluq elektrik üstqurumu ilə təklif ediləcək.

CLA elektrokarı alman markasının Electric Drive Unit 2.0 texnologiyasını alan ilk Mercedes-Benz modeli olacaq. Arxa oxda quraşdırılacaq mühərrik 268 at qüvvəsi hasil edəcək (ABŞ bazarı üçün spesifikasiyada), öndə isə, 107 at qüvvəli başqa bir aqreqat yerləşdiriləcək. Üstəlik, o, kapotun altında kiçik bir baqaj bölməsini yerləşdirmək üçün kifayət qədər yığcam olacaq. Ön mühərrik tələb olduqda aktivləşdiriləcək.

Hibrid versiyaya gəlincə, o, FAME ailəsindən olan 1,5-litrlik dördsilindrli mühərrik ilə təchiz ediləcək. Güc aqreqatı yığcam elektrik mühərriki quraşdırılmış yeni 8F-eDCT “robotu” ilə tandemdə çalışacaq. Hibrid qurğunun gücü təqribən 190 at qüvvəsi olacaq. Hibridlər həm ön, həm də tam ötürmə sistemlə təklif olunacaqlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu payızın əvvəlində Çinin Geely konserninin öz güc aqreqatını Mercedes-Benz ilə bölüşəcəyi məlum olub. Söhbət Geely və Horse şirkətlərinin birgə müəssisəsi tərəfindən istehsal olunan 2,0-litrlik dördsilindrli aqreqatından gedir. Mühərrikin gücü 250 at qüvvəsi, fırlanma anı isə, 360 Nm olacaq. Eyni zamanda, mühərrik üçün nəzərdə tutulmuş emissiya standartlarına cavab verən katalizatorlar Almaniyada istehsal olunacaqlar.

Mənbə: Motor1

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.