Yeni Mercedes-Benz GLC krossoveri keçən ilin yayında debüt edib və yalnız indi onun kupeşəkilli versiyası təqdim olunub. Heç bir sürpriz yoxdur: GLC Coupe öz sələfinin konsepsiyasını qoruyub saxlayıb və əvvəlki kimi BMW X4 və Audi Q5 Sportback modelləri ilə rəqabət aparmağa davam edəcəkdir.

Əvvəlki “kupe” ilə müqayisədə yeni nəslin təkər bazası 15 millimetr (2888 millimetr), ümumi uzunluğu isə 32 millimetr (4763) artıb. Krossoverin eni dəyişməyib (1890 millimetr), hündürlüyü isə 5 millimetr (1605) artırılıb. Xatırladaq ki, nəsil dəyişikliyi ilə adi GLC modelinin hündürlüyü, əksinə, 4 millimetr  (1640) azalıb. Aerodinamik əmsalı 0,30-dan 0,27-yə endirilib. Təkər izi öndə 6, arxada isə 23 millimetr genişləndirilib.

Xrom dekorlu Avantgarde Line paketi artıq  “bazadadır”, seçim olaraq 18-20-düymlük təkər diskləri təklif edilir. Əlbəttə ki, daha aqressiv dizaynlı bamperləri olan AMG Line kuzov dəsti də hazırdır. Opsional panoram damın açılan hissəsi əvvəlkindən 6 santimetr uzundur. Standart fənərlər işıqdiodlarındandır, əlavə ödəniş qarşılığında yolda oxlar və simvollar şəklində ismarıclar "çəkə" bilən Digital Light fənərləri təklif olunur.

Coupe versiyasının interyeri “adi” GLC ilə eynidir. Virtual cihazlar paneli artıq (12,3 düymlük) standart təchizata daxildir, mərkəzi konsolda isə 11,9-düymlük sensorlu şaquli “planşet” quraşdırılıb və bir qədər sürücüyə doğrur çevrilib.

Əlavə ödəniş qarşılığında proyeksiya ekranıda təklif olunur. Opsiyalar arasında dördzonalı iqlimə nəzarət sistemi, Burmester səs sistemi, masaj funksiyası olan çoxkonturlu ön oturacaqlar var. Dairəvi müşahidə sistemi “şəffaf kapot” rejiminə malikdir.

Baqaj qapağının elektrik ötürməsi və üçhissəli arxa divan (40:20:40) standart təchizata daxildir. Baqaj bölməsinin həcmi 500-dən 545 litrə qədər artırılıb, arxa cərgənin qatlanması halında əldə edilən məkan ciddi şəkildə artıb: 1400-dən 1490 litrə qədər. Aydındır ki, bu, "adi" GLC modelində (620-1640 litr) olduğundan azdır.

Kupeşəkilli krossoverin artıq “bazada” idman şassisinə malikdir ki, bu da adi GLC modeli üçün opsiyadır. Artırılmış klirensi olan "ofroud" paketi GLC Coupe üçün əlçatan deyil, ona görə də yeganə alternativ - bütün təkərlərin pnevmatik asqısıdır.

Başqa bir opsiya - idarələnən arxa oxdur. Arxa təkərlər 4,5 dərəcəyə qədər dönə bilirlər ki, bu da geridönmə dairəsini 11,8-dən 10,9 metrə qədər azaldır.60 km/saatın üzərindəki sürətlərədə isə arxa təkərlər ön təkərlərlə eyni istiqamətdə dönərək sabitliyi artırır.

İlkin modifikasiya çeşidində yeddi versiya var, lakin onların hamısı 2,0-litrlik dördsilindrli turbomühərriklərlə təchiz edilir. Keçən il vəd edilmiş sıralı altısilindli mühərriki olan GLC 400 d modeli hələ də peyda olmayıb.

Beləliklə, benzin mühərrikli GLC 200 (204 at qüvvəsi, 320 Nm) və GLC 300 (258 at qüvvəsi, 400 Nm), eləcə də dizel aqreqatlı GLC 220 d (197 at qüvvəsi, 440 Nm) və GLC 300 d (269 at qüvvəsi, 550 Nm) versiyalarından seçim etmək olar.

Bütün versiyalar sürətlənmənin ilk saniyələrində daxili yanma mühərrikinə yardım edən 48-voltluq (23 at qüvvəsi, 200 Nm) startyor-generator ilə təchiz olunurlar. Güc qurğuları 9-pilləli “avtomat” və 4Matic tam ötürməsi ilə tandemdə çalışırlar.

Bundan başqa, çeşiddə üç təkrar doldurulan hibrid də var, özü də onlardan biri müasir avtomobil sənayesində nadir olan dizeldir. Plagin hibridlərinn hamısı eyni 2,0-litrlik dördsilindrli mühərrikə və doqquz pilləli “avtomata” quraşdırılmış 136 at və 440 Nm hasil edən elektromotora malikdirlər.

Bunlar GLC 300 e (313 at qüvvəsi, 550 Nm), GLC 400 e (381 at qüvvəsi, 650 Nm) və GLC 300 de (335 at qüvvəsi, 750 Nm) versiyalarıdır. Ən güclü plagin hibrid 100 km/saata 5,6 saniyəyə sürətlənir. Lakin dizel mühərrikli adi GLC 300 d versiyası maksimal sürət baxımından çeşidin liderdir: 249 km/saat.

Bütün hibrid GLC krossoverlərində yük yerinin altında yerləşən 31,2 kilovat/saatlıq dartma batareyası var (buna görə də baqajın həcmi cəmi 390-1335 litrdir). Bundan başqa, arxa asqı (ön tərəfdə yaylar saxlanılıb) pnevmatikdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Sırf elektrik rejimində krossoverlər 113-119 kilometr (WLTP) arasında məsafə qət edə və 140 km/saata qədər sürətlənə bilirlər. Batareyanı rozetkadan doldurmaq olar: standart AC cihazının gücü 11, opsional DC cihazının isə 60 kilovatdır.

Avropa bazarında yeni Mercedes-Benz GLC Coupe modeli iyulda satışa çıxacaqdır - və o, sələfindən baha olacaqdır. Əgər əvvəlki GLC Coupe modelinin Almaniyadakı satış qiyməti 55 min avrodan başlayırdısa, hətta yeni nəsil “adi” GLC modeli üçün 57,600 avro istənilir. “Bərkgedən” AMG versiyaları bir müddət sonra işıq üzü görəcəklər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.