Mercedes-Benz şirkəti yeniu nəsil GLS ofrouderinin mürəkkəb yolsuzluq şəraitində davranışını əks etdirən videoçarxı dərc edib. Videoçarxda E-Active Body Control hidropnevmatik sisteminin səhrada keçirilən sınaqları təsvir edilib.
Mercedes-Benz GLS standart olaraq Airmatic pnevmatik asqısı ilə təchiz edilir. Opsional olaraq, 48-voltluq şəbəkədən işləyən və hər bir təkəri fərdi şəkildə idarə edən E-Active Body Control aktiv hidropnevmatik asqısını sifariş etmək olar. Sistemin tərkibinə 15 metrlik məsafədə yolun vəziyyətini öyrənən stereokamera, Airmatic pnevmatik asqısı və güclü hidravlika daxildir. Avtomobilin kamera və vericilərindən məlumatları alan bortkompyüter üç millimetr dəqiqliklə kuzovun gərək olan hündürlüyünü müəyyən edir və yoldakı nahamarlıqlarıkompensasiya edir. Üstəlik, sistemin işləmə səviyyəsini sürücü sərbəst şəkildə tənzimləyə bilər.