Bu il Mitsubishi şirkətinin dörd yeni modeli təqdim edəcəyi barədə artıq məlumat vermişik. Yapon avtomobil istehsalçısının planına görə, 2023-cü ilin sonuna qədər L200 pikapının yeni nəsli (həmçinin Triton kimi tanınır), tamamilə yeni Сolt modeli (Golf sinifində olan) habelə Xpander hibridi və daha bir yeni bir model debüt etməlidir. Sonuncunun XFC Concept konseptinin seriya təcəssümü olacağı məlumdur.
Bu dördlükdən biri artıq debüt edib ki, bu da Mitsubishi Colt hetçbekidir. İkinci avtomobil isə 26 iyun tarixində təqdimatı keçiriləcək L200/Triton pikapıdır. Bunu yeni pikapın bu gün dərc edilmiş videotizeri də təsdiqləyir. Tizerdə yeni nəsil L200 modelinin eksteryer və interyer dizaynı nümayiş etdirilib. Tizerdə pikapın ön və arxa işıq texnikası, habelə multimedia sistemin ön paneldəki planşeti və klimat-kontrolun idarəetmə bloku göstərilir.
L200/Triton pikapının ilk ictimai nümayişi martın sonunda keçirilmiş Banqkok avtosalonunda baş tutmuşdu. Bununla belə, bunu tamölçülü təqdimat adlandırmaq olmaz, çünki pikap kamuflyajda nümayiş olunmuşdu.
Lakin pikapın texniki hissəsi barədə ətraflı məlumat verilməyib. Mitsubishi nümayəndələri yeni pikapın çərçivə konstruksiyasını qoyurub saxlayacağını və 4N16 ailəsindən olan təkmilləşdirilmiş 2,5-litrlik turbodizeli ilə təchiz ediləcəyini təsdiqləyiblər. Populyar pikapın yeni nəsli mexaniki və avtomatik transmissiyalar, arxa və tam ötürmə ilə təklif ediləcəkdir. Yeni nəsil Mitsubishi L200 modelinin satışına iyun ayında start veriləcək və onun satılacağı ilk baza Tayland olacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.