Nissan şirkəti rəsmi olaraq, Avropa bazarı üçün nəzərdə tutulan, üçüncü nəsil Qashqai krossoverini təqdim edib. Nəsil dəyişikliyi ilə krossoverin ölçüləri böyüyüb, xarici və daxili dizaynı dəyişdirilib, həmçinin ötürmələr qutusunun yerində elektrik mühərrikinin quraşdırıldığı e-Power güc qurğusunu əldə edib.
Yeni Qashqai modeli sələfindən daha brutal formalı kuzovu, böyüdülmüş radiator barmaqlığı və mürəkkəb formalı ikimərtəbəli matrisa fənərləri ilə fərqlənir. İlk dəfə olaraq, Qashqai modeli 20-düymlük təkər diskləri ilə təklif edilir. Bundan başqa, artıq avtomobilin qapılar 90 dərəcəyə açılır.
"Qaşqay" modeli Renault-Nissan ittifaqının CMF-C platformasına əsaslanır. Platforma dəyişikliyi ilə avtomobil uzunluğu 35 millimetr, eni - 32 millimetr, hündürlüyü - 10 millimetr, təkər bazası isə 20 millimetr artıb. Bu, arxa sərnişinlərin ayaq zonasındakı məkanın 28 millimetr, baş üzərindəki məkanın isə 15 millimetr artmasına gətirib-şıxarıb. Ön oturacaqlar arasındakı məsafə də artıb. Baqaj bölməsinin döşəməsinin 20 millimetr endirilməsi, baqaj həcminin 50 litr artmasına səbəb olub. Baqaj qapısı artıq “əllərsiz” açıla bilər.
Krossoverin salonunda Apple CarPlay, Android Auto və Google Assistant ilə uyğunlaşan Nissan Connect sisteminə sahib olan multimedia sisteminin doqquz düymlük ekranı və 12,3-düymlük rəqəmsal paneli peyda olub. 10,8-düymlük proyeksiya ekranı opional avadanlıq siyahısına daxildir. Bundan başqa, arxa və ön tərəfdə qadcetləri doldurmaq üçün USB portları və 3B xəritələri olan naviqator da var.
Avropada Nissan Qashqai modelini yalnız elektriklənmiş güc aqreqatları ilə təklif edəcəkdirlər. Krossover standart olaraq, elektron əlavəyə malik olan 140 at qüvvəsi və 240 Nm və ya 157 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edən 1,3-litrlik turbomühərrik ilə təchiz ediləcəkdir. Qeyd etmək gərəkdir ki, 140 at qüvvəli mühərriki olan krossover yalnız ön ötürmə və altı pilləli mexaniki transmissiya ilə təchiz olunur, 157 at qüvvəli modifikasiya isə həm tam ötürmə, həm də variatorla təchiz ediləcəkdir.
Daha sonra, krossoverin mühərrik çeşidinə, Nissan şirkətinin yeni Qashqai modeli ilə birlikdə Avropaya gətirəcəyi e-Power güc aqreqatı daxil ediləcəkdir. Bu qurğunun tərkibinə aparıcı ön təkərlərlə birbaşa əlaqəsi olmayan və generator rolunu oynayan 1,5-litrlik benzin mühərriki daxildir. Güc qurğunusunun hasilatı 190 at qüvvəsi və 330 Nm fırlanma anı olacaqdır. Bundan başqa, yeni Qashqai modeli yalnız akselerator pedalından istifadə edərək, sürətlənməyə və yavaşlamağa imkan verən e-Pedal idarəetmə texnologiyası ilə təchiz edilir.
Tam ötürməli krossover beş hərəkət rejiminə malikdir: Standart, ECO, Sport, Snow və Off-Road. Yeni tənzimləmələr sayəsində, təkər sürüşməsi halında tam ötürmə sisteminin aktivləşdirilməsi müddəti beş dəfə azaldılıb və 0,2 saniyəyə endirilib. Yeni modelin avadanlıq siyahısına avtomobili müstəqil şəkildə sürətləndirə və əyləcləyə, həmçinin naviqatorun məlumatlarından istifadə edə bilən təkmilləşdirilmiş ProPilot sistemini daxildir.
Yeni Nissan Qashqai modelinin satışlarının başlanması tarixi hələlik məlum deyil.