Porsche şirkətinin baş mühəndisi Avqust Axlyaytner Wheels nəşrinin müxbiri ilə söhbətində 911 GT3 RS superkarının yeni nəsli barədə bir sıra məlumatları açıqlayıb. Əsas diqqət, əlbəttə ki, sportkarın mühərrikinə yönəldilib. Şayiələr baxmayaraq, Porsche 911 GT3/GT3 RS turbomühərriklə deyil, əvvəlki kimi atmosfer aqreqatı ilə təchiz ediləcəkdir.
Axlyaytnerin sözlərinə görə, Porsche 911 GT3 RS modelinin mühərrikinin gücü və iş həcmi bir qədər artırılacaqdır. Bu aqreqatın gücünü 525 at qüvvəsinə qədər artırmağa imkan verməlidir. Hazırda 911 GT3 RS modeli 520 at qüvvəsi və 460 Nm fırlanma anı hasil edən 3996 sm³ iş həcmi olan altı silindrli mühərrik ilə təchiz edilir. Axlyaytner digər suallara üstüörtülü cavablar verib. O, 4,0-litrlik atmosfer mühərrikinin mülki və yarış modifikasiyaları üzərindəki işlərin parallel getdiyini təsdiq edib.
Ehtimallara görə, yeni GT3 RS superkarı Porsche 911 GT3 R yarış avtomobilinin ümumi yollar üçün uyğunlaşdırılmış güc aqreqatı ilə təchiz edilə bilər. Bu aqreqat artıq 4000 sm³ iş həcminə mallkdir və, onun hasilatı 550 at qüvvəsi təşkil edir.
Yeni nəsil 911 GT3 RS modeli sələfi kimi yeddi pilləli PDK “robotu” ilə təchiz ediləcəkdir. Əlbəttə ki, bu transmissiyanın təkmilləşdirilmiş variant olacaqdır. 911 GT3 isə, robotlaşdırılmış və mexaniki ötürmələr qutusu arasında seçim təklif edəcəkdir.
Bundan başqa, yeni 911 GT3 RS sələfindən bir qədər yüngül çəkiyə, həmçinin daha mükəmməl aerodinamik komponentlərə və yeni elektronikaya sahib olmalıdır. Belə ki, yeni superkarın cihazlar paneli analoq taxometrindən və onun ətrafında yerləşdirilmiş iki yeddi düymlük ekrandan ibarət olacaqdır. Bu displeylərdə trekə istiqamətləndirilmiş xüsusi məlumat göstəriləcəkdir.