Yeni nəsil Porsche 911 GT3 superkarı Nürburqrinqin “Şimal ilgəyini” sələfindən 12,3 saniyə yeyin qət etmişdir. Superkar dövrəni 7 dəqiqə 12,7 saniyəyə qət etmişdir. Buna baxmayaraq, markanın ən yeyin avtomobili 918 Spyder superhibridi sayılır. Porsche 918 Spyder modeli dörd il bundan öncə “Şimal ilgəyini” 6 dəqiqə 57 saniyəyə qət etmişdir.
Yeni daha yeyin zamanı qeydə almış superkar yeddi diapazonlu iki muftalı robotlaşdırılmış ötürmələr qutusu, opsional karbon-saxsı əyləc mexanizmləri və Michelin Sport Cup 2 N1 şinləri ilə təchiz edilmişdir. Cəhd zamanı havanın temperaturu Selsi üzrə 8 dərəcə, asfaltın temperaturu isə 14 dərəcə təşkil etmişdi.
Trek sportkarı yeni 4,0-litrlik altı silindrli oppozit mühərriki ilə təhciz edilir. Yeni mühərrik əvvəlki 3,8-litrlik mühərriki əvəz etmişdir. Atmosfer mühərriki 500 at qüvvəsinə və 458 Nm fırlanma anına malikdir. “Robot”la təchiz edilmiş sportkar 100 km/saat həddinə 3.4 saniyəyə, mexaniki qutu ilə olan variant isə 3.9 saniyəyə sürətlənir. Birinci halda maksimal sürət 318 km/saat, ikinci halda isə 320 km/saat təşkil edir.
Yeni sportkar 1430 kiloqram çəkiyə malikdir ki, bu da 1 at qüvvəsinə 2,86 kiloqram düşdüyünü göstərir. Porsche 911 GT3 tam idarələnən şassini qoruyub-saxlamaqla yanaşı, yeni diffuzoru olan yenidən işlənmiş aerodinamik kuzov dəstini əldə etmişdir.
Sportkarın salonunda 360 millimetr diametri olan sükan çarxını müşahidə etmək olar. Əvvəllər belə sükan 918 Spyder superhibridində quraşdırılırdı.