Porsche şirkəti 911 Targa modelinin yeni nəslini təqdim edib. Sportkar üçün üçüncü kuzov növü olan "tarqanı" hazırlamağa alman istehsalçısına bir il yarım vaxt gərək olub. Xatırladaq ki, əfsanəvi idman avtomobilinin yeni nəsli 2018 (kupe) və 2019-cu (kabriolet) illərin əvvəlində nümayiş olunub. İndi isə, 992 seriyasından olan kupe və kabrioletə keçən əsrin 60-cı illərinin tarixi Porsche modellərinə ithaf olunmuş Targa modifikasiyası da qoşulub.
Yeni modifikasiyasının inşası üçün baza 911 kabrioleti olsa da, almanlar bel xəttindən yuxarıdakı hissəni yenidən hazırlamalı olublar. Qatlanan yumşaq tavanı və güclü gümüşü dirəyi olan şüşə başlıqdan ibarət ekstravaqant dam təkmilləşdirilib - qatlanma mexanizmi daha güclü servoötürücülər ilə təchiz olunubdur ki, bu da damın açılıb-bağlanmasına 19 saniyədən az vaxt sərf etməyə imkan verir.
Bundan başqa, Targa xüsusi təhlükəsizlik sisteminə malik olub: dam açılanarkən, elektronika arxa tərəfədə sərt manenin olmasına diqqət yetirir və 50 santimetrdən daha yaxın məsafədə maneə aşkar edərsə, qapağın zədələnməməsi üçün əməliyyatın başlanmasına icazə vermir.
Yeni nəsil Porsche 911 Targa sportkarı iki variantda debüt edib və hər iki avtomobil də ənənəvi olaraq tam ötürməlidir. Porsche 911 Targa 4 və 911 Targa 4S modelləri 911 Carrera sportkarından tanış olan 3,0-litrlik oppozit turbomühərriki ilə təchiz edilirlər.
911 Targa 4 modeli 385 at qüvvəsi və 450 Nm fırlanma anına sahib olub ki, bu da əvvəlki nəsildə olduğundan 15 at qüvvəsi çoxdur. 911 Targa 4S modelinin mühərrikinin hasilatı isə 450 at qüvvəsinə (+20 a.q.) və 530 Nm (+30 Nm) qədər artırılıb. Hər iki mühərrik 8-pilləli PDK robotu ilə tandemdə çalışır.
Sport Chrono paketi quraşdırılmış 911 Targa 4 modeli 100 km/saat həddinə sürətlənmək üçün 4,2 saniyə (əvvəlkindən 0,1 saniyə az) sərf edir. 911 Targa 4S modelinə isə bu işə 3,6 saniyə (əvvəlkindən 0,4 saniyə az) tələb olunur. Maksimum sürət, müvafiq olaraq, 289 və 304 km/saatdır (əvvəlki modellərdən, müvafiq olaraq, 2 və 3 km/saat daha çox)
Maraqlıdır ki, Porsche şirkəti yeni 911 Targa modelinin mexaniki ötürmələr qutusunu ilə təchiz edilmiş variantını qoruyub-saxlayıb - alman istehsalçısı sportkarı 7-pilləli mexaniki transmissiya ilə də təklif edir. Doğrudur, mexaniki qutu yalnız 911 Targa 4S modifikasiyası üçün təklif olunur.
Lakin, qutu Sport Chrono paketinə daxil olduğu üçün, demək olar ki, pulsuz başa gələcəkdir. Ancaq, belə halda, avtomobil dinamikada itirəcəkdir: 100 km/saat həddinə sürətlənməyə 3,6 saniyə əvəzinə 4,4 saniyə sərf ediləcəkdir. Eyni göstəriciyə Sport Chrono paketi olamayan 385 qüvvəli 911 Targa 4 modeli malikdir.
Tam ötürmə ilə yanaşı, idman avtomobilinin hər iki versiyası, standart olaraq iki rejimi olan PASM adaptiv asqı sistemi ilə təchiz edilirlər. Targa 4S həm də dartma vektoruna nəzarət sistemi ilə də fərqlənir, eyni zamanda əlavə ödənişlə tam idarələnən şassini və aktiv köndələn dayanıqlılıq stabilizatorlarını sifariş etmək olar.
Bundan başqa, 911 Targa 4S modifikasiyası daha güclü əyləclər ilə təchiz edilir. Əgər 911 Targa 4 modeli 330 millimetrlik diskləri olan dörd porşenli monoblok supportları ilə təchiz olunubdursa, 911 Targa 4S modelində ön oxda altı porşenli mexanizmlər və diametri 350 millimetr olan disklər quraşdırılır. Ənənəvi olaraq, opsional karbon-saxsı əyləc mexanizmləri də təklif olunur.
Daha bir nüans təkər disklərinin ölçüsüdür. Porsche 911 Targa 4 modelində ön oxda 19-düymlük, arxada isə 20-düymlük təkər diskləri, Targa 4S sportkarında isə, müvafiq olaraq, 20 və 21 düymlük disklər quraşdırılır. Lakin, sportkarları ayırd etməyin ən asan yolu buraxılış sisteminin çıxış borularına baxmaqdır - Targa 4 modeli iki, Targa 4S isə dörd çıxış borusuna malikdir.
Hərəkət elektronikası ailənin digər modellərində tətbiq olunan "yağış" rejimini saxlayıb və ilk dəfə olaraq, qabaqcıl InnoDrive adaptiv kruiz-kontrol sistemi ilə təchiz edilib: naviqasiyanın məlumatlarını və nəqliyyatın hərəkət intensivliyini nəzərə alan sistem əvvəlcədən lazımi pilləni "qoşa" bilir, həmçinin avvtomobili sərbəst şəkildə zolaqda saxlayır və qarşıdakı avtomobillər ilə ara məsafəsini tənzimləyir.
Nəhayət, 911 Targa modelinin seçimlər siyahısında (salonun dəri ilə çoxsaylı tərtibat variantları və premium səs sistemlərinə əlavə olaraq) SmartLift adlı bir yenilik peyda olub. Ön oxdakı servoötürücülər, zəruri hallarda klirensi 40 millimetr artıra bilər.
Bunda fövqəltəbii bir şey yoxdur - oxşar sistemlər bir çox superkarlarda təklif olunurlar. Lakin, 911 Targa modelində elektronika sürücünün klirensi müntəzəm olaraq artırdığı yerləri yadda saxlayaraq, sonradan bu əməliyyatı avtomatik olaraq həyata keçirir.
Porsche şirkəti yeni 911 Targa modelinə sifarişlərin qəbul edilməsi zamanını və qiymətləri açıqlamayıb. Ancaq iki şeydən şübhə etməmək olar: birincisi, bu məsələyə yaxın günlərdə aydınlıq gətiriləcək, ikincisi isə Porsche 911 Targa modeli Azərbaycanda da təklif ediləcəkdir.