Bu günlərdə Mayamidə bir neçə yeni Porsche 911 sportkarını birlikdə çəkiblər. Əlbəttə ki, bir neçə sportkarın birlikdə olmasında qəribə bir iş yoxdur, lakin onlaradn birinin hələ debüt etməmiş Porsche 911 Targa modelinin olması işləri dəyişir. Videoçarxın müəllifi onları adi yolda işıqforda dayanarkən çəkib.
Videoçarx qısa olsa da, müəyyən nəticələr çıxarmağa inman verib. Avtomobilin açılan tavanının kamuflyajsız olması onun açılıb-bağlanma prinsipinin dəyişilmədiyindən xəbər. Yeganə anlaşılmayan isə, arxa fənərlərin kamuflyajla örtülü olmasıdır. Görünən odur ki, işıq texnikasının standart Carrera-dan heç bir fərqi yoxdur. Qapıların formasında isə dəyişiklik vardır - əvvəlki yumru formalar yerini düzbucaqlı formalara verib.
Mənbə: Rennwerkstatt