Panamera liftbəkinin üçüncü nəsli keçən ilin payızında debüt edib. O zaman, 4,0-litrlik V8 biturbomühərriki və 8-pilləli “robota” inteqrasiya edilmiş elektrik mühərriki olan Porsche Panamera Turbo E-Hybrid modeli təqdim olunmuşdu. Hibrid qurğunun ümumi hasilatı 680 at qüvvəsi və 930 Nm fırlanma anı təşkil edır.
Porsche Panamera 4 E-Hybrid
Dartma batareyasının tutumu 17,9-dan 25,9 kilovat-saata qədər artırılıb, nəticədə sırf elektrik dartması ilə qət edilən məsafə 91 kilometrdir. Hibrid liftbək 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənir, onun maksimal sürəti isə, 315 km/saatdır.
İndi isə, Panamera Turbo E-Hybrid modifikasiyasına iki yeni - 4 E-Hybrid və 4S E-Hybrid versiyaları qoşulub. Yeni hibridlər 190 at qüvvəli elektrik mühərriki ilə tandemdə çalışan 2,9-litrlik turbomühərrikə malikdirlər.
Porsche Panamera 4S E-Hybrid
Panamera 4 E-Hybrid versiyasının 100 km/saata sürətlənməsi 4,1 saniyə çəkir, onun maksimal sürəti isə, 280 km/saatdır. 4S E-Hybrid eyni sürətlənməyə 3,7 saniyə sərf edir, onun maksimal sürəti isə, 290 km/saat həddində məhdudlaşdırılıb.
Hər iki halda batareyanın tutumu 25,9 kilovat-saatdır. Panamera 4 E-Hybrid elektrik enerjisi ilə qarışıq rejimdə 79-93 kilometr məsafə qət edir, daha güclü versiyada is,ə bu göstərici 78-90 kilometr arasında dəyişir. Batareyanı doldurmaq üçün 2 saat 40 dəqiqə tələb olunur.
Bort elektronikanın dörd iş rejimini və iki klapanlı amortizatoru olan adaptiv asqını da qeyd etmək lazımdır. Sonuncu artıq baza avadanlığıdır. Karbon-keramika əyləc mexanizmləri və 21-düymlük təkər diskləri əlavə ödəniş qarşılığında əlçatandırlar. Ən güclü Panamera hibridinin isə, 750 at qüvvəli hibrid güc qurğusunu alacaq Turbo S E-Hybrid versiyasının olacağı söylənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.