Range Rover flaqman ofrouderinin beşinci nəsli debüt edib. L460 seriyasından olan yeni ofrouder əvvəlki L405 seriyasına bənzəsə də, həqiqətən də yeni platformada inşa edilmiş və yeni innovasiyalar tətbiq olunmuş fərqli bir avtomobildir. Xarakterik profil, yan şüşələnmə və alçaq pəncərə xətti isə, yarım əsrdən çox qorunan ənənələrə hörmətin əlamətidir.
Əvvəlki kimi, Range Rover iki variantda təklif olunur, hər iki avtomobil də sələfinlərindən 53 millimetr uzundur, onların təkər bazası isə 75 millimetr artıb. Uzunluğu 5052 millimetr olan standart versiyada, oxlar arasındakı məsafə 2997 millimetrdir. Uzunbazalı versiya əvvəlki nəsildə olduğu kimi 200 millimetrlik fərqə malikdir: belə modifikasiyanın uzunluğu 5252 millimetr, təkər bazasının genişliyi isə 3197 millimetrdir. Eyni zamanda, ofrouderin hündürlüyü 35 millimetr artırılıb - asqının standart vəziyyətində avtomobilin hündürlüyü 1870 millimetr təşkil edir.
Yeni alüminium kuzovun əvvəlkindən (33.000 Nm/dərəcə) 50% daha sərt olduğu bildirilir. Vizual “təmizlik” naminə kuzovun bənd yerlərinin və birləşmələrinin sayını azaldıb, kuzov panelləri arasındakı boşluqlar kiçildilib, vahid vizual müstəvini yaratmaq üçün isə, şüşə ilə onların çərçivələri arasındakı relyef fərqi minimuma endirilib.
Aerodinamik müqavimət əmsalı da 0,34-dən 0,30-a endirilib - buna, ilk növbədə, kuzovun altındakı havanın burulmasını azaldan örtmə və lövhələr, habelə əyləcləri soyutmaq üçün nəzərdə tutulmuş aktiv çəpərciklər (yalnız lazım olduqda açılır) sayəsində nail olunub. Təkər disklərinin maksimum diametri indi 22 deyil, 23 düymdür.
Arxa tərəfin dizaynı nəzərəçarpacaq dərəcədə dəyişib, lakin bölünmüş baqaj qapısı saxlanılıb - əlbəttə ki, yuxarı və aşağıdakı taylar elektrik ötürməsi ilə təchiz ediliblər. Üstəlik, bundan sonra bütün yan qapılarda (Rolls-Royce modellərinə olduğu kimi) servoötürücülər quraşdırıla bilər: mexanizmlər on dərəcəyə qədər mailliyi olan enişdə işləyir, barmağın qapı arasında qalmasından qoruyur və təhlükəsiz açılma bucağını hesablamağa imkan verən ultrasəs sensorlarına malikdirlər. Sürücü qapısını bağlamaq üçün isə, əyləc pedalına basmaq kifayətdir.
Matrisa və lazer-fosforlu fənərlər keçmişdə qalıb. Yeni LED fənərlər işıq şüasını təşkil edən və yol səthində ismarıcları "çəkə" bilən 1,2 milyon mikrogüzgülərə malikdirlər. Belə projektorlar 500 metrə qədər məsafəni işıqlandırır və döngələrdə iş rejimini qabaqcadan dəyişdirmək üçün naviqasiya sistemi ilə əlaqəli çalışırlar. Qaranlıqda manevr etmək üçün dairəvi işıqlandırma da var: avtomobilin ətrafının işıqlandırması sistemi 15 km/saat sürətində işləyə bilər.
Seçim üçün beş və dörd nəfərlik salon variantları təklif edilir, üztəlik, sıralar arasındakı məsafə 20 millimetr artırılıb. Bölünmüş arxa oturacaqlar standart halda, kürək hissəsinin 16 dərəcəlik tənizmlənmə bucağına malikdirlər, lakin yarı uzanma mövqeyi əldə etməyə imkan verən, elektriklə tənizmlənən daha bahalı oturacaqlar da var. Bundan başqa, Range Rover ilk dəfə olaraq yeddi nəfərlik versiyada təklif ediləcəkdir.
Üçüncü cərgəni yalnız uzun təkər bazası olan avtomobil üçün sifariş etmək mümkündür - bu cərgənin oturacaqları ikinci sıra ilə müqayisədə 41 millimetr hündürdə yerləşdirilib. Oturacaqlar böyüklər üçün nəzərdə tutulub, qızdırılır və elektriklə qatlanırlar. Üçüncü cərgənin arxasındakı baqaj bölümünün həcmi 312 litrdir. İki cərgəli modellərdə baqaj bölməsi 1061 litr (uzun bazası olan) və ya 818 litr (qısa bazası olan) tutur. Rəf elektrik qaldırıcısı (əlavə ödəniş qarşılığında) ilə təchiz edilə bilər, bundan başqa, döşəməyə bərkidilmiş və piknikdə istirahət edərkən arxa dayaq kimi istifadə edilə bilən güclü ayırıcı da mövcuddur.
Yeni nəsil Range Rover modeli özündə 70 elektron bloku birləşdirən yeni EVA 2.0 elektron arxitekturasına malikdir və Pivi Pro mediasistemindən (paralel olaraq quraşdırılmış iki eSIM bloku) istifadə edərək, “hava” üzərindən yenilənə bilir.
Baş qurğu basıldıqda vibrasiya ilə cavab verən 13,1 düymlük əyri ekrana malikdir, lakin analoq düymələri olan ayrıca klimat-kontrol da saxlanılıb. Cihazlar panelinin diaqonalı 13,7 düymdür, proyeksiya displeyi də var, arxa kameradan (damdakı iki "üzgəcdən" birində quraşdırılmış) alınan görüntünün ötürüldüyü ekran salon güzgüsündə yerləşdirilib.
Ayrıca kondisioneri və salonun arxa hissəsinin qızdırıcısı olan dörd zonalı klimat-kontrol standart təchizata daxildir. Kiçik modellərdən sonra, böyük Range Rover modelini də parça üzlüklü oturacaqlarla sifariş etmək olar: bu, bahalı Ultrafabrics parçası və Kvadrat yun qarışığıdır.
Bununla belə, yarı anilin və ya tam anilin (ilk dəfə) dərini də sifariş etmək mümkündür. İkinci cərgənin sərnişinləri üçün HDMI konnektoru olan iki 11,4-düymlük ekran nəzərədə tutulub. Bundan başqa, elektriklə tənizmlənən arxa oturacaqları olan versiyaların mərkəzi dirsəkaltında səkkiz düymlük sensorlu ekran yerləşdirilib.
Signature Suite top versiyasında isə elektrik ötürməsi və masaj funksiyası olan fərdi kreslolar, iri mərkəzi tunel və qatlanan masalar (elektrik ötürməsi ilə) quraşdırılır. Üstəlik, salonun xüsusi tərtibatına və keramikadan dekor elementlərinə malik olan Range Rover SV modifikasiyası da təklif edilir.
Ən bahalı Meridian Signature mediasistemi 35 dinamikə, 1600 vatt gücə və salonda quraşdırılan aktiv səs-küyün boğma sisteminə malikdir: tərs çevrilmiş siqnal, dörd "əsas" oturacaqların baş dayaqlarına quraşdırılmış miniatür 20 vattlıq dinamiklər vasitəsi ilə verilir.
Yeni Range Rover ofrouderi MLA-Flex (Modular Longitudinal Architecture) modul platformasına əsaslanan ilk modeldir. Bu arxitektura Jaguar Land Rover ittifaqının böyük ölçülü avtomobilləri üçün nəzərdə tutulub, mühərrikin uzununa yerləşməsinə və elektrikləşdirməyə hesablanıb. Ön tərəfdə əvvəlki kimi qoşa köndələn qollar quraşdırılır, arxa asqı isə tamamilə yenidir - əvvəlki dördqollu asqını beşqollusu əvəzləyib.
Dynamic Response Pro şassisi cüt klapanlı Bilstein adaptiv amortizatorlarına malik olan standart pnevmatik asqıdır. Naviqasiya sistemi ilə əlaqəli olan eHorizon idarəetmə sistemi sürətə və aktivləşdirilmiş hərəkət rejiminə əsaslanaraq, hər döngədən əvvəl asqının sərtliyini preventiv şəkildə dəyişir. Aktiv stabilizatorlar yana əyilmələrin qarşısını almaq üçün 1400 Nm fırlanma anı hasil edən 48-voltluq elektrik mühərrikləri ilə təchiz olunurlar. Yolsuzluqda bu stabilizatorlar avtomatik olaraq söndürülürlər.
Bundan başqa, standart şassi artıq tam idarə olunandır. Elektrik aktuatorlar arxa təkərləri 7,3 dərəcəyə qədər döndərə bilirlər. Manevr qabiliyyətini yaxşılaşdırmaq üçün (qısa bazalı versiyanın geridönmə daimetri cəmi 11 metrdir), 50 km/saata qədər sürətlərdə arxa təkərlər ön təkərlərlə əks istiqamətə, 50 km/saatdan yuxarı sürətlərdə isə, sabitliiyi artıqmaq üçün eyni istiqamətə dönürlər.
Pnevmatik asqının standart vəziyyətində avtomobilin klirensi 160 millimetrdir, parkinqdə bu göstərici 110 millimetrə qədər azaldılır, yolsuzluqda isə, 235 millimetrə qədər artırıla bilər. Ən ekstremal rejimdə klirens 295 millimetrə qədər artırılır. Xatırladaq ki, əvvəlki modeldə bu göstərici 303 millimetr təşkil edirdi.
Avropada əsas üstünlük təkrar doldurulan hibridə verilir, lakin Range Rover modelinin çeşidində digər versiyalar da olacaqdır. Məsələn, Ingenium ailəsindən olan sıralı altısilindrli 3,0-litrlik turbodizel mühərriki iki versiyada təklif olunacaqdır.
Başlanğıc D250 modifikasiyasında bu mühərrik 249 at qüvvəsi və 600 Nm fırlanma anı, D300 versiyasında 300 at qüvvəsi və 650 Nm, D350 versiyasında isə 350 at qüvvəsi və 700 Nm təklif edəcəkdir. Müvafiq olaraq, dizel versiyaları 100 km/saat həddinə 8,3, 6,9 və 6,1 saniyəyə sürətlənəcəklər.
Modifikasiya çeşidinin zirvəsində V8 mühərriki ilə hərəkətə gələn P530 benzin versiyası yerləşir. Bu versiya əvvəlki 5,0-litrlik kompressorlu AJ-V8 mühərriki deyil, BMW şirkətindən alınmış 4,4-litrlik N63 biturbomühərriki ilə təchiz edilir. Təəssüflər olsun ki, top versiya üçün yeni mühərrikin yaradılması iqtisadi cəhətdən sərfəli olmayıb.
Bununla belə, BMW aqreqatı xüsusi tənzimlənmələrə və mühərrikin yağ aclığı təhlükəsi olmadan 45 dərəcəyə qədər bucağı olan enişdə işləməyə imkan verən inkişaf etmiş çəpərciklər sistemi olan karter altlığına malikdir. Bu aqreqatın hasilatı 530 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir. Belə Range Rover modeli 100 km/saat həddini 4,6 saniyəyə toplayır və 250 km/saata sürətlənir.
Yeni Range Rover modeli Avropada iki qoşulan hibrid güc qurğusu ilə təklif ediləcəkdir. Birinci versiya P440e adlanacaq və tərkibinə 3,0-litrlik sıralı altısilindrli benzin mühərriki, 141 at qüvvəsli elektrik mühərriki və 38,2 kilovat-saatlıq batareya daxil olan hibrid güc qurğusu ilə hərəkətə gələcəkdir. Hibrid qurğunun ümumi hasilatı 434 at qüvvəsi və 620 Nm olacaqdır.
İkinci variant P510e adlanır və 3,0-litrlik mühərrikin daha güclü variantına malikdir. Elektrik mühərriki və batareya P440e modelindəki ilə eynidir. Hibrid güc qurğusunun ümumi hasilatı 503 at qüvvəsi və 700 Nm-dir. Range Rover P510e modeli 100 km/saat həddini 5,7 saniyəyə toplayır. Elektrik rejimində ofrouder 140 km/saata qədər sürətlənə bilər. İstehsalçının bildirdiyinə görə, dolu batareya ilə ofrouder 100 kilometr məsafə qət etmək iqtidarındadır. Reallıqda isə bu rəqəm 80 kilometrdir.
Range Rover modelinin batareyasını 50 kilovatlıq terminaldan 80 faizə qədər doldurulmasına bir saatdan az vaxt gərəkdir. Batareyanın divarda quraşdırılmış məişət terminalından doldurulmasına isə 5 saat vaxt gərəkdir.
Bundan başqa, modelin mühərrik çeşidində “mülayim” hibridlər də mövcuddur. Bunlar, P360 modelində quraşdırılan 360 (500 Nm) at qüvvəli və P400 modelində quraşdırılan 400 (550 Nm) at qüvvəli 3,0-litrlik benzin mühərriki, habelə D250, D300 və D350 versiyalarında quraşdırılan 249 (600 Nm), 300 (650 Nm) və 350 (700 Nm) at qüvvəli 3,0-litrlik turbodizellərdir.
Əvvəlki kimi, bütün versiyalarda səkkiz pilləli ZF “avtomatı” və iki pilləli paylayıcı qutu quraşdırılır. "Bazada" hətta elektronika tərəfindən idarə olunan arxa təkərlərarası differensial da var. Lakin mühəndislər Land Rover Defender ofrouderinin bəzi versiyalarında daimi tam ötürmədən çoxdiskli muftası olan transmissiyanın xeyrinə imtina ediblər. Yol rejimində 35-160 km/saat arasındakı sürətlərdə hərəkət edərkən mufta açılır ki, bu da əvvəlki modellə müqayisədə yanacaq sərfiyyatının 30% azaldılmasını təmin etməlidir.
Bununla belə, Range Rover modelinin ofroud imkanları ən üst vəziyyətdə qalmalıdırlar. Əl ilə tənzimləmələri aparmağa imkanı olan elektron Terrain Response 2 sistemi (Defender modelindəki kimi) mövcuddur. Bundan başqa, ofrouderin 900 millimetr dərinliyi olan çay keçidinivə 45 dərəcəlik yoxuşu asanlıqla qət edəcəyi bildirilib.
Yeni Range Rover modeli əvvəlki nəsillərdən olan avtomobillərinin buraxıldığı İngiltərənin Solihall şəhərindəki tarixi zavodda istehsal olunacaqdır. Sifarişlərin qəbuluna 2022-ci ilin əvvəlində başlanacaqdır. Yeni ofrouderin satışlarına yazda start verlməlidir,lakin SV versiyasında olan avtomobillərin dilerlərə göndərilməsinə yayda başlamaq planlaşdırılır.
Qiymətlər hələlik açıqlanmayıb, lakin yeni Range Rover modelinin satış qiymətlərinin kəskin şəkildə artacağı gözlənilir. 2024-cü ildə isə tam elektrik ötürməsi ilə hərəkətə gələn versiyanın debüt etməsi planlaşdırılır və bu ofrouder, Land Rover brendinin ilk elektromobili olacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.