«AutoBild» dərgisinin əldə etdiyi məlumata əsasən, fransız avtomobil istehsalçısı olan Renault şirkətinin rəhbərliyi Duster krossoverinin yeni nəslinin dizaynını artıq təsdiq etmişdir. Yeni avtomobilin satışlarına gələn ilin ortalarında başlanmalıdır. Söylənilənlərə görə, krossoverin yeni nəsli təkmilləşdirilmiş aerodinamikaya malik olacaqdır. Bundan əlavə, yeni nəsil Renault Duster modelinin yeddi sərnişin üçün nəzərdə tutulmuş modifikasiyasının da olacağı bildirilmişdir.

Yeddi sərnişinlik salona malik olar avtomobilin adi krossoverdən 15 santimetr uzun olacağı da jurnalistlərə söylənmişdir. Bundan başqa, yeni modelin iç məkanının daha geniş olacağı və onun  tərtibatında daha kefiyyətli materialların tətbiq ediləcəyi bildirilmişdir.

Dərginin əldə etdiyi məlumata görə, yeni nəsl Renault Duster modeli, Renault-Nissan ittifaqının Nissan Juke və Renault Captur modellərinin istehsalında istifadə etdiyi platformada buraxılacaqdır.

Bununla belə, avtomobilin mühərrik çeşidində ciddi dəyişiklik olacağı gözlənilmir. Güc aqreqatlarını altı pilləli mexaniki sürətlər qutusi ilə yanaşı, altı diapazonlu avtomatik sürətlər qutusu ilə də komplektləşdirmək mümkün olacaqdır. Şaiyələrə görə, yeni avtomobilin Avropadakı satış qiymətləri 11 avrodan bir qədər az olacaqdır.