Renault şirkətinə məxsus olan Dacia markası yeni nəsil Duster ofroderinin təqdimat tarixini açıqlayıb. Avropada Dacia Duster kimi satılan krossoverin yeni nəsli gələn ay işinə başlayacaq Frankfurt avtosalonunda keçiriləcəkdir. Bu barədə məlumat istehsalçının Facebook sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
Renault və Dacia markaları altında buraxılan ofroderin Avropa bazarındakı satışlarına gələn ilin əvvəlində start veriləcəyi ehtimal olunur. Əvvəl dırc edilmiş məlumatlarına əsasən, ofroderin ikinci nəsli modernləşdirilmiş B0 platformasında yığılacaqdır. Eni zamanda, avtomobilin Grand Duster adını alacaq yeddi yerlik variantıda təklif ediləcəkdir. Bu modifikasia adi krossoverdən 200 millimetr uzun olacaq və üçüncü cərgənin oturacaqlarının qatlanması halında 650 litrlik baqaj bölümünə malik olacaqdır.
Satışlar başlanan anda yeni 5-yerlik ofroder bir neçə əlverişli güc aqreqatları ilə təklif ediləcəkdir.
İkinci nəsil Duster modelinin mühərrik çeşidinə 0.9 TCe və 1.2 TCe benzin mühərriklərinin, həmçinin 1.5 dCi və 1.6 dCi dizel güc aqreqatlarının daxil ediləcəyi söylənilir. Adı çəkilən mühərriklərin güc xarakteristikaları açıqlanmamışdır. Mühərriklər mexaniki və avtomatik ötürmələr qutuları ilə təchiz ediləcəkdirlər.