Skoda şirkətinin Octavia modelinin növbəti nəslini hazırladığı artıq hər kəsə məlumdur. Yeni Octavia liftbekinin prototiplərinin şəkili dəfələrlə ümumi istifadə yollarında fotocəsuslar tərəfindən çəkilərək marka həvəskarları ilə paylaşılıb. Skoda Octavia çex markasının ən çox satılan modeli olmaqla yanaşı, mütəmadi olaraq Avropada populyar sayılan avtomobillərin ilk onluğuna daxil olur.

Bu günlərdə Çexiyanın auto.cz saytı dördüncü nəsil Skoda Octavia modelinin interyerinin cəsus şəkillərini dərc edib. Şəkillərin keyfiyyətinin qeyri-qənaətbəxş olmasına baxmayaraq, müəyyən detalları görmək olar. Buna misal olaraq, ikiqollu sükan çarxını göstərmək olar. Belə formalı sükan çarxı sizə tanış gəlməlidir - eyni sükanı biz keçən ilin mart ayında Cenevrədə nümayiş etdirilmiş Vision X konsept avtomobilində görmüşdük.  

Bundan başqa, test prototipinin mexaniki ötürmələrə qutusu, mühərrikin işə salınma düyməsi və rəqəmsal cihazlar paneli ilə təchiz edildiyi görünür. Çox güman ki, Octavia modelinin yeni nəsli standart olaraq virtual cihazlar paneli ilə təchiz ediləcəkdir, çünki, ənənəvi olaraq, multimedia sisteminin kiçik ölçülü displeyi ilə modelin standart və ya orta təchizatlı modifikasiyaları təchiz edilir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Eyni zamanda, Skoda dizaynerləri fiziki düymlərdən imtina etməmək qərarına gəliblər. Bununla belə, avtomobilin əsas funksiyalarının idarə edilməsi multimedia sisteminin sensorlu ekranında cəmləşdirilibdir. Lakin, düymələrə basmaq istəyənlər üçün kifayət qədər düymə də saxlanılıb.

Scala modelinin buraxılmasından sonra, Octavia daha dəbdəbəli model olaraq üst pillədə yer almalıdır. Bu isə salonun daha keyfiyyətli materialları ilə tərtibatı, genişləndirilmiş avadanlıq siyahısını və əlbəttə ki, artan qiyməti nəzərdə tutur.