Bu günlərdə casuslar yeni nəsil Skoda Superb modelinin sınaq prototipinin şəkillərini çəkməyə müvəffəq olublar. Şəkildəki prototipin cari nəsil Superb universalının kuzovuna malik olduğuna görə, yeni modelin dizaynı haqqında mülahizə yürütmək tezdir.
Yeni Supeerb modelinin platformanı yeni Volskwagen Passat modeli bölüşəcəyi və hər iki modelin Bratislavadakı (Slovakiya) zavodda buraxılacağı məlumddur. Yeni modellər liftbek və universal kuzovları ilə buraxılacaqdırlar.
İlkin məlumata görə, nəsil ddəyişdirmiş Superb və Passat modelləri benzin və dizel mühərrikləri, habelə ön və tam ötürmə ilə təchiz ediləcəkdirlər. Çox güman ki, mexaniki ötürmələr qutusu transmissiyalar siyahısından çıxarılacaqdır.
Hazırda üç pedallı modellər o qədər də populyar deyillər. Bundan başqa, hər iki model elektrik versiyalara sahib olacaqdır, lakin ilkin olaraq ənənəvi mühərriklər ilə təchiz edilmiş versiyalar debüt etməlidirlər.
Əvvəllər casuslar Passat modelinin elektrik varisinin şəklini çəkməyə müvəffəq olmuşdular. Prototipi diqqəti cəlb etməməsi üçün Jetta modelinə bənzər etmişdilər. Elektrokarın dizaynının I.D.Vizzion konseptinin üslubunda olacağı güman edilir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.