Suzuki şirkəti bizim bazarda SX4 kimi tanınan S-Cross modelinin üçünc nəslini təqdim etməyə hazırlaşır. Yapon istehsalçısı yeni modelə olan marağı artırmaq üçün onun bir neçə tizerini dərc edib.

Yeni modelin reflektor tioli LED fənərlərə və böyüdülmüş radiator barmağlına sahib olacağı məlumdur. Yeni nəsil S-Cross modelinin mühərrik çeşidində dəyişiklik gözlənilmir. Yeni Suzuki SX modelinin təqdimatı sabah keçirilməlidir.

Image alt Image alt Image alt Image alt Image alt

İlkin məlumata görə, üçüncü nəsil Suzuki S-Cross modeli sələfinin platformasını, opsional AllGrip tam ötürmə sistemini və mühərriklərini qoruyub saxlamalıdır. Hazırda SX4 modeli Avropada 11 at qüvvəli (170Nm) 1,0-litrlik “turboüçlük”, 140 at qüvvəli (220 Nm) 1,4-litrlik “turbodördlük” və 120 at qüvvəli (320 Nm) 1,6-litrlik turbodizel ilə təklif edilir.

Suzuki şirkətindən yeni modeldə krossover və ofrouderlərin inşası sahəsindəki 50-illik təcrübənin tətbiq edildiyi bildirilib. Bir müddət bundan öncə, casuslar yeni avtomobilin kamuflyajsız şəklini çəkməyə müvəffəq olublar. Sələfi ilə yanaşı duran yeni avtomobil ondan əsasən ön və arxa tərəfin dizaynı ilə fərqlənir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.