1966-cı ildəki debütündən bəri Toyota Corolla çoxsaylı dəyişikliklərə məruz qalıb. O, xetçbek, sedan, universal və hətta kupe kuzovlarında buraxılıb. Bir sıra bazarlarda miniven, digərlərində isə, üç və beş qapılı liftbəklər də təklif olunub. Geniş kuzov çeşidi Corolla modelinə rekord səviyyədə uğur gətirən səbələrdən biri olub: modelin ümumi satışları 55 milyon ədədi keçib və bu onu dünyanın ən çox satılan avtomobili edir.

Görünən odur ki, Corolla modelinin 13-cü nəsli radikal dəyişikliklərə məruz qalacaq. Y-şəkilli milləri olan 21-düymlük disklərə malik olan möhtəşəm konseptual sedan əfsanəvi modelin gələcəyi barədə xəbər verir. Toyota şirkəti Corolla modelinin zəngin kuzov ənənələrinə uyğun olaraq, onu geniş mühərrik çeşidi ilə təchiz etməyi planlaşdırır: sırf elektrik aqreqatından tutmuş tamölçülü və qoşulan hibrid qurğuya qədər...

Daxili yanma mühərrikləri olan versiyalar üzərində də çalışmalar gedir, özü də karbon-neytral yanacaqla işləyən aqreqatların da peyda olacağı istisna edilmir. Təfərrüatlar azdır, lakin dünyanın ən böyük istehsalçılarından biri hazırki mühərriklərdən daha yığcam, yüngül və effektiv olan yeni 1,5 və 2,0 litrlik  mühərriklər ailəsini hazırlandığını təsdiqləyib. Corolla modelinin əhəmiyyətini nəzərə alsaq, onun yeni nəsil mühərriklərlə birlikdə debüt edəcəyini gözləmək olar.

Bu gün Tokiyoda keçirilən Japan Mobility Show 2025 sərgisində debüt edən konsept Toyota Corolla modelinin dizaynının radikal şəkildə dəyişəcəyini bir daha təsdiq edib. Düzünü dəsək, avtomobilin arxa hisəssindəki yazı olmasaydı, qarşımızdakının Corolla modelinin carçısının durduğunu söyləmək çox çətin olardı. Ənənəvi formalar keçmişdə qalıb, yeni konsept ifadəli küncləri, baqaj qapağına quraşdırılmış spoyleri və arxa qanadda işıq zolağı olan olan axarlı kuzovu ilə seçilir.

Dərhal diqqət çəkən elementlərdən biri yan güzgüyə doğru aşağı düşən qurşaq xətti, həmçinin konseptə premial görünüş verən çərçivəsiz qapılardır. Ən maraqlısı odur ki, kuzovda yanacaq çəninin üç qapağı var: onlarda ikisi ön qanadlarda, biri isə, yürücü tərəfindəki arxa qanadda yerləşir. Böyük ehtimalla, Toyota yığcam daxili yanma mühərriki olan qoşulan hibridə işarə edir.

Avtomobilin salonu da 2018-ci ildə buraxılan Corolla ilə müqayisədə əhəmiyyətli dərəcə dəyişikliklərə məruz qalıb. Fikizi düymələr yerlərini rəqəmsal cihazlar paneli əhatə edən sensorlu variantlara veriblər.Bütün idarəetmə orqanları sükan çarxının arxasında yerləşirlər. Transmissiyanın yüksək “süzən” paneldə yerləşən avtomobil formasındakı selektoru sedandan çox minivenə bənzəyir. Odur ki, Corolla modelinin miniven kuzovlu versiyada buraxılacağını da gözləmək olar.

Konseptlər əsasən brendin gələcəyə baxışlarını və bəzi dizayn həllərini nümayiş etdirmək məqsədini daşıyırlar, lakin onun seriya modelinin adı daşıması, prototipin gələcək taleyinə işarədir. Gələcək Corolla modeli bəlkə də bu qədər radikal görünüşə malik olmaya bilər, lakin Toyota şirkətinin yeni dizayn üslubundan istifadə etməkdə qərarlı olduğu görünür. Lakin belə dəyişiklik dizayn sahəsində mötədilliyi ilə seçilən model üçün bir qədər riskli ola bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Cari nəsil Corolla modelinin artıq yeddi ildir ki, buraxıldığını nəzərə alsaq, yeni nəslin debütünün o qədər də uzaq olmadığı söyləmək mümkündür. Toyota öz bestsellerinin indiki görkəmdə uzun müddət bazarda qalması ilə razılaşa bilməz, odur ki, yeni modelin gələn ilin axırında və ya 2027-ci ilin əvvəlində debüt edəcəyini gözləmək olar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.