Toyota Land Cruiser modelinin növbəti nəsli ətrafında cərəyan edən ehtirasları istehsalçının özü deyil, müxtəlif bloggerlər körükləməyə davam edirlər. Bu dəfə Somegranbill adlı Instagram istehsalçısı, Yaponiyadakı Toyota zavodunun açıq anbarında toplanmış yeni Land Cruiser 300 ofrouderlərinin şəkillərini dərc edib. Şəkillərdən də göründüyü kimi, dayanacaqda ağ, qara, gümüşü və tünd qırmızı rəngə boyanmış avtomobillər toplanıb.
Bu şəkillərdəki Toyota Land Cruiser 300 modelinin payızda yapon dərgilərinin birində dərc edilmiş təsvirlərdəki avtomobillə eyni görünüşə sahib olduğu görünür. Nəsil dəyişikliyi ilə, məşhur yapon ofrouderi tanıma formasını qoruyacaq, ancaq daha qabaq kapotu, yeni bamperliəri, üfüqi zolaqları olan yeni radiator barmaqlıarını əldə edəcəkdir. Yeni ofrouder ölçüləri 17 ilə 20 düym arasında dəyişən təkər diskləri ilə təklif ediləcəkdir.
İlkin məlumata görə, yeni Land Cruiser ramasını, bütöv arxa körpünü, azaldıcı ötürmələri olan tam ötürmə sistemini və təkərlərarası differensialların kilidlənməsini (opsiya) qoruyub saxlayacaqdır. Bundan əvvəl avtomobilin ölçüləri barədə detallar ortaya çıxıb: onun uzunluğu 20 millimetr artaraq 4970 millimetrə, eni isə beş millimetrə qədər artaraq 1985 millimetrə çatıb. Eyni zamanda avtomobilin hündürlüyü 10 millimetr azalaraq 1870 millimetrə bərabər olub. Land Cruiser 300 modelinin oxları arasındakı məsafədə 2900 millimetr olacaqdır ki, bu da mövcud modeldə olduğundan 50 millimetr çoxdur.
Dəyişikliklər ofrouderin mühərrik çeşidinə də təsir göstərəcəkdir: köhnəlmiş 4.6 litrlik V8 mühərriki 415 at qüvvəli 3,5-litrlurik altısilindrli turbomühərrik əvəzləyəcəkdir. Alternativ olaraq, 309 at qüvvəsi hasil edən 3,3-litrlik dizel mühərriki də təklif ediləcəkdir.
Bundan əlavə, Land Cruiser 300 modelinin 3,5-litrlik benzin aqreqatının əsasında yaradılmış 480 at qüvvəli hibrid güc qurğusunu alacağı barədə şayiələr də dolaşır. Eyni zamanda, Land Cruiser modelinin GR-S indeksli "qaynar" versiyasının buraxılacağı da bildirilib. “Qaynar” ofrouder differensialların kilidinə, asqının kinetik sabitləşdirmə sisteminə və ofroud şinləri olan 18 düymlük təkər disklərinə sahib olacaqdır.
İnsayderlər yeni nəsil Land Cruiser modelinin təqimatının yaxın günlərdə keçiriləcəyini bildiriblər. Ofrouderin kütləvi istehsalına 1 iyul tarixində başlanacaqdır və konveyerdən çıxan ilk avtomobillər benzin mühərriki ilə təchiz ediləcəkdirlər. Dizel mühərriki ilə təchiz edilmiş ofrouderlərin istehsalına bir müddət sonra start veriləcəkdir.