Sayəmizdə Azərbaycanda Volkswagen şirkətinin Golf modelinin səkkizinci nəsilini hazırladığını bilməyən qalmayıb. Bizim alıcıların o qədər də sevib hörmət bəsləmədiyi bu hetçbek digər məmləkətlərdə pərəstiş obyektinə belə çevrilib.
Golf modeli ilə yaxından maraqlananlar bu hetçbekin “qaynar” GTI versiyasında təklif edildiyini də bilrilər. “Qaynar” hetçbekin sadə variant 230 at qüvvəli 2,0-litrlik turbomühərriklə təchiz edilsə də, daha “bərkgedən” GTI TCR versiyası 290 at qüvvəli aqreqata malikdir.
Bu günlərdə avtomobil aləminin yeni model ovçuları Alman küçələrdinin birində səkkizinci nəsil VW Golf GTI modelinin prototipinə rast gəliblər. Şəkillərdən göründüyü kimi, prototip genişləndirilmiş təkər tağlarına, çıxıntılı kandarlara, buraxılış sisteminin iri ölçülü çıxış borularına, iri hava girişlərinə, təkər disklərinə və spoylerə malikdir. Bütün bunlar, kamuflyajın altında Golf GTI modelinin gizləndiyinə dəlalət edir.
Mənbə: Auto Express