Bu gün internet şəbəkəsində yeni nəsil Volkswagen Polo sedanının kamuflyajsız şəkilləri peyda olub. Doğrudur, şəkillər yüksək kefiyyətli olmasa da, lakin avtomobilin eksteryer və interyeri barədə təsəvvür yaratmağa kifayət edir.
Motor1 saytı tərəfindən dərc edilmiş fotoşəkillərdə yeni sedanın rəqəmsal cihazlar panelini və multimedai sisteminin iri taçskrin displeyinə sahib olduğu görünür. Sedanın dizaynı eyni adlı hetçbekin üslubunda hazırlanmışdır. Söhbət əsasən ön fənərlərdən gedir. Avtomobilin arxa fənərləri isə müasir Audi A4 modelinin fənərlərini xatırladır. Bununla belə, Polo sedan hetçbekdə olduğundan fərqli ön bamperə sahib olub.
Bir sıra bazarlarda Virtus adı ilə satılacaq sedan 120 at qüvvəli 1,6-litrlik atmosfer tipli dörd silindrli benzin mühərriki ilə təklif ediləcəkdir. Eyni zamanda, 1,0-litrlik 128 at qüvvəli turbomühərrik də yeni sedanın mühərrik çeşidinə daxil ediləcəkdir. yeni VW Polo sedanının təqdimatı 1 sentyabr tarixində keçiriləcəkdir. Avtomobilin Cənubi Amerikadakı satışlarına gələn ilin birinci rübündə başlanacaqdır.