Nissan şirkəti dördüncü nəsil X-Trail krossoverinin (ABŞ-da Rogue adı ilə satılır) ilk rəsmi şəklini dərc edib. Yeni krossoverin təqdimatı bu gün, 15 iyunda Bakı vaxtı ilə 17.00-da keçiriləcəkdir. Buna baxmayaraq, insayderlər modelin rəsmi şəkillərindən birini də "sızdırıblar".

Nissan şirkəti paylaşdığı tizer, bir müddət bundan öncə peyda olmuş şəkillərin həqiqiliyini təsdiq edir: monoxrom görüntü, demək olar ki, seriya krossoverinin eksteryerini nümayiş etdirir. Yalnız şəkildəki avtomobilin qapı tutacaqları yoxdur. Əslində bütün bu gizlətmələr əbəsdir - yeni krossoverin eksteryer və interyer dizaynı iki ay bundan öncə internet şəbəkəsinə uğurla "sızdırılıb".

Image alt Image alt Image alt Image alt

Nissan yeni X-Trail modelinin texniki hissəsi ilə bağlı açıqlama verməyib, lakin amerikan mətbuatı krossoverin baza mühərrikinin Nissan Altima sedanından tanış olan 190 at qüvvəli 2,5-litrlik atmosfer mühərrikinin olacağını öyrənib.

Yeni nəsil Nissan X-Trail haqqında tam məlumatın bu gün dərc olunacağı vəd edilib. Təqdimat onlayn formatda keçiriləcək və Bakı vaxtı ilə 17:00-da başlayacaqdır. Yeni modelin ABŞ və Yaponiyadakı satışlarına 2020-ci ilin payızında, Avropada isə 2021-ci ilin əvvəlində start veriləcəyi ehtimal olunur.

Mənbə: Instagram.com vasitəsilə Coche Spias