Nissan X-Trail modelinin dördüncü nəsli bu ilin birinci yarısına qədər debüt etməli idi. Hər halda, keçən ilin dekabr ayında peyda olmuş xəbərlərdə belə deyilirdi. COVİD-19 pandemiyasının yapon istehsalçısının planlarında nə kimi dəyişikliklərin edəcəyi məlum deyil, lakin görünən odur ki, Nissan təqdimatı təxirə salmaq niyyətidə deyil.
Buna, bu günlərdə Braziliyanın İqtisadiyyat nazirliyinin Milli Sənaye İnstitutunda edilmiş patent ərizəsi birbaşa dəlalət edir. Yapon istehsalçısı bu ölkənin patent orqanında yeni nəsil Nissan Rogue modelinin patent təsvirlərini qeydə alıb. Xatırladaq ki, Amerika qitəsində X-Trail modeli məhz bu adla satılırr. Təsvirlərdə əks olunmuş avtomobilin, bir müddət bundan öncə casuslara rast gəlmiş sınaq prototiplərinə bənzədiyi aydın görünür.
Qarşımızadakı avtomobilin Rogue/X-Trail modelinin yeni nəsli olduğuna ikimərtəbəli optika və yeni formalı bamperlər işarə edir. Eyni zamanda, ön panelin yeni arxitekturası da diqqəti çəkir. Qeyd etmək lazımdır ki, buradakı dəyişikliklər daha ciddi xarakter daşıyacaqdır.
Yeni nəsil X-Trail modelinin mühərrik çeşidi barədə məlumat yoxdur. Ehtimallara görə, yeni krossover bir neçə hibrid güc qurğusu ilə təklif ediləcəkdir. Bunların arasında, kiçik mühərriki batareyaların doldurulması üçün istifadə edən doğma e-Power aqreqatının, həmçinin Mitsubishi Otlander PHEV krossoverindən götürülmüş qoşulan hibrid qurğunun olacağı ehtimal edilir. Qeyd etmək lazımdır ki, Outlander də nəsil dəyişməli və yeni X-Trail ilə eyni platformanı bölüşməlidir.