Bu gün WorldsCoop.Forumpro.fr forumunda yeni nəslin Nissan Rogue krossoverinin (bizim bazarda X-Trail adı ilə satılır) şəkilləri yerləşdirilib. Şəkillərdən də göründüyü kimi, krossoveri ciddi dəyişikliklər gözləyir: X-Trail ikimərtəbəli ön işıq texnikasına, tamamilə yeni interyerə və salonun yeni tərtibat variantlarına sahib olacaqdır.

Üçüncü nəsil Nissan X-Trail krossoveri yeni firma üslubunda dizayn edilmiş eksteryerə sahib olub: V-Motion radiator barmaqlığı və arxa hissəsinin dizaynı ənənələrin davam etdirildiyindən xəbər verir. Yeni krossover həm arxa fənərlərin üslubunu, həm də arxa hissənin ümumi nisbətlərini qoruyub saxlayıb. Bununla birlikdə, iki səviyyəli ön işıq texnikası sayəsində krossover sələfindən daha aqressiv görünür.

Nəslin dəyişməsi ilə krossoverin ölçülərinin və təklif etdiyi daxili məkanın artacağı gözlənilir. Üstəlik, amerikalı jurnalistlər modelin yeddiyerli modifikasiyasının yenidən təklif olunacağını istisna etmirlər.

İnteryer daha ciddi şəkildə dəyişib: X-Trail modeli sensorlu ekranı olan müasir multimedia sisteminə, yeni sükan çarxına, rəqəmsal cihazlar panelinə və Audi modellərinin üslubunda olan ötürmələr qutusunun coystikinə sahib olub, Bunadan başqa, krossover hərəkət rejimlərinə cavabdeh olan şaybanı və qadcetlərin simsiz doldurulması üçün meydançanı əldə edib.

Krossoverin top versiyaları dəri oturacaqlara, "metaldan" dekor elementlərinə, ön panel və qapı kartlarının ikirəngli tərtibatına malik olacaqdırlar.

Yeni X-Trail modelinin mühərrik çeşidi və transmissiyaları barədə təsdiqlənmiş məlumat yoxdur. Çox güman ki, krossover 6-pilləli mexaniki ötürmələr qutusu və variator ilə təklif ediləcəkdir. X-Trail modeli üçün "qlobal" mühərrikin, Altıma modelindən alınmış 190 at qüvvəsi hasil edən 2,5-litrlik dördsilindrli benzin mühərrikinin olacağı gözlənilir. Nissan X-Trail modelinin qoşulan hibrid versiyaları da olmalıdır. Hibrid versiya, Mitsubishi Outlander PHEV modelinin güc qurğusu ilə təchiz ediləcəkdir. Bununla belə, yeni model dizel mühərriklərini itirə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nissan şirkəti yeni Rogue modelini Nyu Yorkda keçiriləcək avtosalonda təqdim etməyi planlaşdırmışdı, lakin koronavirus səbəbi ilə sərgi təxirə salınıb. Epidemioloji vəziyyət düzəldiyi təqdirdə, model avqust ayının sonlarında debüt edə bilər.

Mənbə: WorldsCoop.Forumpro.fr