Yeni Nissan Z kupesinin Nismo indeksli “bərkgedən” versiyasının buraxılacağı barədə məlumat hələ keçən payızda peyda olmuşdu. Z Proto prototipinin təqdimatından sonra, yapon istehsalçısının nümayəndələri “bərkgedən" versiyanın hazırlanacağına işarə etmişdilər.

Bu günlərdə yapon “Best Car” nəşri, mənbə göstərmədən, “bərkgedən” Nissan Z Nismo kupesinin 2022-ci ilin yanvar ayında Tokyoda keçiriləcək avtosalonda debüt edəcəyini bildirib. Bu sərgidə adətən yapon tüninq sənayesinin yenilikləri nümayiş etdirilir, lakin bəzi hallarda istehsalçılar bu sərgidə dünya təqdimatlarını da keçirməkdən çəkinmirlər. Əlavə olaraq, adı çəkilən nəşr Nissan Z Nismo modelinin Yaponiyada mart ayında satışa çıxarılacağını da iddia edir.

Nissan Z kupesinin əsas bazarlarından biri olan Amerika Birləşmiş Ştatlarındakı insayderlərə inansaq, Nissan Z Nismo modeli baza kupesindən ciddi şəkildə fərlqənməlidir. Dəqiq məlumat olmasa da, “bərkgedən” kupenin təkmilləşdirilmiş asqıya, sükan idarəetməsinə və əyləc sisteminə, habelə 20-düymlük təkər disklərinə malik olacağı ehtimallar arasındadır.

Kupenin mühərrikinin gücünün artırılması məsələsinə hələlik aydınlıq gətirilməyib. Kupeyə Nissan GT-R modelinin “kiçik qardaşı” statusunun verməsi üçün, güc aqreqatı ciddi şəkildə təkmilləşdirilməlidir.

Image alt Image alt Image alt Image alt Image alt

Adi Nissan Z kupesinə gəldikdə isə, onun bu yay, daha dəqiq desək 17 avqust tarixində  Nyu Yorkda keçiriləcək tədbirdə debüt edəcəyi artıq təsdiqlənib. Kupenin 400 at qüvvəli 3,0-litrlik V6 mühərrikini, altı pilləli mexaniki və doqquz pilləli avtomatik transmissiyanı, retro üslubunda eksteryer dizaynını, habelə cihazlar panelinin və multimedia sisteminin 12,3 düymlük displeyləri olan müasir interyeri alacağı artıq məlumdur. Nissan Z kupesinin əsas rəqibi həmyerlisi Tiyita GR Supra modeli olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.