Opel hibridlərin model çeşidini genişləndirməkdə davam edir. Bu dəfə alman istehsalçısı Mokka krossoverinə əsaslanan yeni versiyanı təqdim edib. Yığcam krossoverin artıq benzin-elektrik versiyası var, lakin indi yanacağa qənaət etmək istəyənlər, habelə möhtəşəm dinamika ardınca qaçmayanlar üçün nəzərdə tutulmuş, 48 voltluq “yumşaq” hibrid texnologiyası olan daha bir modifikasiya peyda olub.
Yenilik ümumiyyətlə benzin istehlakını azaltmaq üçün nəzərdə tutulub. Təchizat baxımından Mokka Hybrid Opel krossoverinin digər versiyalarından fərqlənmir. Opel Mokka Hybrid versiyası 136 at qüvvəli 1,2-litrlik üçsilindrli benzin turbomühərriki və 28 at qüvvəli elektrik mühərriki quraşdırılmış yeni 6-pilləli iki muftalı transmissiya ilə təchiz olunur.
Tutumu açıqlanmayan litium-ion batareyası əyləcləmə zamanı doldurulur, buna görə də batareyanı xarici enerji mənbəyindən qidalandırmağa ehtiyac yoxdur. Digər oxşar modifikasiyalar kimi, elektrik mühərriki hərəkətə başladıqda və sürətlənmə zamanı kömək edir. Şəhər trafikində, rekuperasiya sayəsində, Mokka Hybrid məsafənin yarısını benzin mühərrikini işə salmadan belə qət edilə bilər.
Sırf elektrik dartması ilə yürüş məsafəsi cəmi bir kilometrdir. Yenilik sürücüyə güc, elektriklə hərəkət parametrləri, akkumulyator və benzin mühərriki arasındakı enerji axını, həmçinin batareyadakı cərəyan haqqında məlumat verən 12-düymlük rəqəmsal cihazlar paneli ilə təchiz edilir.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.