Bu müddət bundan əvvəl internet məkanında yeni nəsil Porsche Panamera modelinin interyerinin ilk rəsmi fotoşəkili yayımlandığı barədə xəbər yazmışdıq. Yeni fastbekin interyerinin dizaynı açıqlandığına görə. artıq növbəti nəsil Panamera modelinin zahiri görkəmi üzərində fikirləşmək vaxtıdır. Yuxarıda dərc etdiyimiz renderdən də göründüyü kimi, jurnalistlər yeni nəsil Panamera modelinin eksteryerinin dizaynının radikal dəyişikliklərə məruz qalacağına inanmırlar. Onların fikrincə, Porsche dizayneri inqilab deyil təkamül yolunu seçməyə üstünlük verəcəklər.
Ehtimalla əsasən, Panamera tamamilə yeni ön və arxa işıq texnikasına malik olacaqdır. Mütəxəssislərin fikrincə, yeni Panameranın ön fənərləri yeni Cayenne modeli ilə bənzərlik daşıyacaqdır. Arxa işıq texnikasına gədikdə isə, onlar yeni Panameranın arxa fənərlərinin Panamera Sport Turismo konseptinin fənərlərinin formasını əldə edəcəyini söyləyirlər.
Gəzən saiyələ görə, yeni Panameranın əsasını Volkswagen şirkətinin işləyib-hazırladığı MSB platforması təşkil edəcəkdir. Bu platforma sayəsində yeni Panamera cari modeldən 90 kiloqram daha az çəkiyə malik olacaqdır. Artıq məlum olduğu kimi, Panamera «qaynar» Audi SQ7 modelindən alınmış dizel mühərriki ilə də təchiz ediləcəkdir.