Volkswagen AG konserninə daxil olan Skoda Auto şirkəti B9 indeksli yeni nəsil VW Passat modelinin yaradılmasını həyata keçirəcəkdir. Doqquzuncu nəsil Passat modeli nəzərə çarpacaq dərəcədə böyüyəcək və daha premial olacaqdır. Bununla belə, populyar model tanınan dizaynını qoruyub saxlayacaqdır.
Alman Motor Auto Sport nəşrinin bildirdiyinə görə, yeni nəsil Passat modeli MQB modul platformasında inşa ediləcək və Skoda markasının flaqmanı olan Superb modelinin yeni nəsli ilə maksimum dərəcədə unifikasiya ediləcəkdir. Çində satılan Passat modeli də MQB platformasına keçəcəkdir. Xatırladaq ki, bu bazarda təklif edilən modelin əsasını hələ də köhnəlmiş PQ46 platforması təşkil edir.
Bəzi məlumatlara görə, Passat sedanını iri beşinci qapısı olan liftbek ilə əvəzləyə bilərlər. Passat Variant universalı və yüksək klirensli Alltrack “yolsuzluq” versiyası da ailədə qalacaqdır.
Model genişləndirilmiş təkər bazasına və eni artırılmış kuzova sahib olacaq, onun xarici görünüşü isə təkamül dəyişikliklərinə məruz qalacaqdır. Yeni Passat modelinin salonu daha geniş olacaq və premium səviyyəsi avadanlığı əldə edəcəkdir. Yeni modelin mühərrik çeşidinə həm ənənəvi benzin və dizel mühərrikləri, həm də mülayim və qoşulan hibrid güc qurğuları daxil ediləcəkdir. Passat modelinin çeşidində tamamilə elektrik ötürməsi ilə hərəkətə gələn versiya da peyda olacaqdır.
Yeni nəsil Volkswagen Passat ailəsinin istehsalının hansı zavodda təşkil ediləcəcyi hələlik məlum deyil: , modelin 36 ildir ki istehsal olunduğu Emden (Almaniya) şəhərindəki müəssisə, 2022-ci ildə Volkswagen ID.4 modelinin buraxılışına keçməlidir.
Bildiyimiz kimi, Volkswagen konserninin Türkiyədə tikilməkdə olan zavodunun inşası bir müddət bundan öncə dayandırılıb. Səbəb olaraq, Türkiyənin Avropa ölkələrinə qarşı apardığı siyasət göstərilir. Buna görə də, yeni Passat modelinin buraxılışı alman istehsalçısının Kvasina (Çexiya) və ya Bratislavadakı (Slovakiya) zavodunda yerləşdirilə bilər.