Fransız kross-liftbəki Avropa bazarına 2022-ci ilin yayında çıxıb. İspaniyanın km77 nəşri yeni kross-liftbəki ənənəvi üsulla sınaqdan keçirib: sınaq çərçivəsində avtomobil qəfildən zolağı dəyişməli, qonşu zolağa keçərək dəhlizdə qalmalı və yenidən öz zolağına qayıtmalıdır. Kəskin manevrləri yerinə yetirən avtomobil yola düzülmüş konuslara toxunmamalıdır. Lakin dəbli hibrid sınaq meydançasındakı davranışı ilə ispanları sevindirə bilməyib.
Modelin parlaq görünüşünü poluqondakı parlaq davranışları ilə dəstəkləmək mümkün olmayıb. Slalomda kross-liftbək daha böyük və heç də güclü manevr qabiliyyətinə malik olmayan Range Rover ofrouderinin səviyyəsində vaxt göstərib, "sığın” testində isə yenilik uğursuzluğa düçar olub.
Nəşr üçün etalon olan 77 km/saat sürəti ilə sınaqdan keçmək mümkün olmayıb – kros-liftbəkin qeydə aldığı ən yaxşı göstərici 72 km/saat olub. Bununla belə, hətta 75 km/saat sürətlə hərəkət edən kross-liftbək həm "əks" zolaqda, həm də öz zolağına qayıtdıqdan sonra düzülmüş konusları biçib.
İspan nəşri problemin əsas mənbəyinin avtomobildə quraşdırılmış ensiz Michelin e-Primacy şinlərində olduğunu bildirib. Daha enli şinlərin taxılması keçid sürətini 73 km/saata çatdırmağa imkan verib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.