Porsche yeni elektrikli 718 Boxster-in prototiplərinin jurnalistlər üçün testlərini təşkil edib. Modelin bütün versiyalarında E-Shift sistemi olacaq. Bu funksiya yeddi pilləli PDK transmissiyasının işini və 981 nəsil Boxster GTS-in atmosfer oppozit mühərrikinin səsini imitasiya edir.

Elektrikli 718 Boxster E-Core platformasında və 800 voltluq elektrik arxitekturası ilə hazırlanıb. Batareya döşəmənin altında deyil, sürücü və sərnişin oturacaqlarının arxasında şaquli yerləşdirilib.

Bu həll oturacaqların daha aşağı mövqeyini təmin edir və avtomobilin ortamühərrikli benzin mühərrikli Boxster-ə xas idarəetmə xarakterini qorumağa kömək edir. Çəki bölgüsünün arxa oxun xeyrinə 40:60 nisbətində olacağı bildirilir.

Güc qurğusunun dəqiq göstəriciləri və batareyanın tutumu hələlik açıqlanmayıb. Ən güclü versiya 100 km/saat həddinə üç saniyədən az müddətdə sürətlənəcək, maksimal sürət isə 250 km/saatı ötəcək. Model yalnız arxa ötürmə ilə təklif ediləcək.

Avtomobilin boş çəkisi təxminən 1700 kiloqram olacaq. Bu, əvvəlki nəsil daxiliynma mühərrikli rodsterdən təqribən 300 kiloqram çoxdur. Arxa təkərlərin kiçik bucaq altında dönməsini təmin edən sistem isə Porsche 911 Carrera GTS-dən götürülüb.

Bütün Porsche 718 Boxster versiyalarında standart olacaq E-Shift sistemi Taycan elektrik sedanında debüt edib. Boxster üçün xüsusi sazlamalar əldə edən sistem yeddi pilləli, iki muftalı PDK transmissiyasının işini həm avtomatik, həm də əl rejimində imitasiya edəcək. Əl rejimində virtual ötürmələri sükan arxasındakı ötürmə düymələri ilə dəyişmək mümkün olacaq.

Pillə dəyişiklikləri zamanı güc qısa müddətə azalacaq və avtomobil yüngül təkan yaradacaq. Bu proses 981 nəsil Porsche Boxster GTS-in altısilindrli oppozit atmosfer  mühərrikinin sintez edilmiş səsi ilə müşayiət olunacaq. E-Shift söndürüldükdə isə sükan arxasındakı düymələr regenerativ əyləcləmənin səviyyəsini seçmək üçün istifadə ediləcək.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Porsche 718 Boxster-in təqdimatı 2027-ci ilin birinci rübündə keçiriləcək. Qapalı kuzovlu 718 Cayman isə daha sonra, 2027-ci ilin sonunda və ya 2028-ci ilin əvvəlində debüt edəcək. Modellərin qiymətləri hələ açıqlanmayıb.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.