Bu gün internet məkanında yeni nəsil Porsche Panamera modelinin interyerinin ilk rəsmi fotoşəkili yayımlanmışdır. Yeni modelin salonun təsvir etdirildiyi fotoşəkil 911legendsneverdie İnstagram səhifəsində dərc edilmişdir. Təsvirdən də göründüyü kimi, Panamera tamamilə yeni interyer əldə etmişdir. Əgər şəkilə diqqətlə nəzər yetirsək, multimedia sisteminin iri ölçülü sensorlu displeyini, sürətlər qutusunun dəstəyini və onun ətrafına səpələnmiş sensorlu düymələri və yeni formalı sükan çarxını müşahidə edə bilərik.

Bununla belə, dizaynerlər mərkəzində taxometrin göstəriciləri olan cihazlar panelini, həmçinin mərkəzi konsolun üst tərəfində yerləşən saatı qoruyub-saxlamışdırlar. Yeni Panamera modelinin salon tərtibatının, bir müddət bundan öncə şəkilləri internetdə yayımlanmış növbəti nəsil Cayenne modelinin interyerinin tərtibatı ilə bənzərlik daşıyacağı söylənilir.

Yeni interyerin ən seçilən elementlərinin multimedia sisteminin ekranının və havalandırma sisteminin deflektorlarının formalarıdır. Bundan başqa, Porsche mütəxəssisləri Audi S4 modelinin altısilindirli turbomühərrikinin bazasında yaradılmış iki turbokompressorlu V8 mühərrikini də hazırlamışdırlar. Yeni mühərrikin 550 at qüvvəsi və 770 Nm fırlanma anı olduğu bildirilir.