Land Rover şirkəti Londonun qərb hissəsində məftildən hazırlanmış maraqlı bir heykəl quraşdırıb. Bu heykəl yeni nəsil Range Rover Evoque modelinin dizaynını nümayiş etdirir. Təsvirlərdən də göründüyü kimi, crossover tanınan kupeşəkilli profilini qoruyub-saxlayacaqdır. Ən ciddi dəyişiklik modelin təchizatında və interyer dizaynında baş verəcəkdir.
Kütləvi debütü 22 noyabrda keçiriləcək yeni Evoque D8 platformasının təkmilləşdirilmiş variantında inşa edilib. Yenilənmiş platform çoxqollu arxa asqıya, genişləndirilmiş təkər izinə və təkər bazasına malik olub. Böyük ehtimalla, modelin xarici görkəmini markanın son modellərindəki dizayn üslubuna uyğunlaşdıracaqdırlar.
Yeni Range Rover Evoque modelinin mühərrik çeşidinə Ingenium ailəsindən olan benzin və dizel güc aqreqatları daxil ediləcəkdir. Bundan başqa, krossover 1,5-litrlik üç silindrli turbomühərrikin və 48 voltluq şəbəkədən qidalanan startyor –generator daxil olan hybrid güc aqreqatı ilə də təklif ediləcəkdir. Bütün aqreqatlar ZF firmasının 9-pilləli avtomatik transmissiyası ilə tandemdə çalışacaqdırlar.
Mənbə: Auto Express