Yeni Range Rover modelinin təqdimatının anons edilməsi və ilk tizerinin dərcindən sonra, yeni ofrouderin 4x4 jurnalının fransız versiyasının növbəti buraxılışının səhifələrindən skan edilmiş şəkilləri Şəbəkəyə sızdırılıb. Gözlənildiyi kimi, Range Rover modelinin beşinci nəsli sələfindən elə də güclü fərqlənmir, lakin onun müəyyən üslub elementləri diqqətə layiqdirlər. Onların arasında panoram şüşələnməsi və arxa tərəfin qeyri-adi tərtibatı var.

Yeni Range Rover modelini minimalizmə mədhiyyə kimi qəbul etmək olar. Ofrouder, demək olar ki, minimum çıxıntılı hissələri olan hamar səthlərdən ibarətdir və buna görə də, təzə və konseptual görünür. Beşinci nəsil modelini sələfindən ön bamperdəki düzbucaqlı hava girişi, fərqli naxışı olan radiator barmaqlığı, daha nazik fənərləri və damdakı iki "köpək balığı üzgəci" sayəsində fərqləndirmək olar.

Yan tərəfdən baxıldıqda, avtomobilin görünüşünü daha iti və yüngül edən "panoram şüşələnmə" diqqəti cəlb edir. Ancaq daha maraqlısı, fənərlərin nazik zolaqları olan arxa hissənin dizaynıdır, üstəlik, Range Rover əsas "fişkalarından" birini - bölünmüş baqaj qapısını saxlayıb. İnteryer isə, yenidən işlənilmiş ön panel, yeni sükan çarxı və Pivi Pro multimedia sisteminin böyük bir ekranı sayəsində başqa şəkil alıb. Transmissiyanın idarə edilməsinə artıq irəli çıxan "şayba" deyil, Audi üslubunda kiçik bir selektor cavabdehdir.

Image alt Image alt Image alt Image alt

Şəkillərlə yanaşı, yeni Range Rover modelininin modifikasiyaları ilə bağlı məlumatlar da sızdırılıb. Modelin baza versiyası 250 at qüvvəli Ingenium dizel mühərriki ilə təchiz edilmiş D250 versiyası olacaqdır. Onun ardınca D300, D350 dizel versiyaları, həmçinin elektrik şəbəkəsindən enerji doldurmaq imkanı olan P400e və P500e hibridləri yerləşəcəkdirlər. Modifikasiya çeşidinin zirvəsindəki yer P530 versiyası üçün ehtiyatda saxlanılıb. Belə ofrouder V8 mühərriki alacaq və uzunbazalı versiyada 173.700 avrodan başlayan qiymətlərlə təklif ediləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.