Manhart Performance atelyesi yeni Range Rover modelinin təkmilləşdirilməsində iştirak edib. Vogue RV 650 layihəsi BMW mühərriki ilə təchiz edilmiş ən yüksək səviyyəli versiyaya əsaslanır.

Layihənin indeksi 4,4-litrlik mühərrikdən əldə edilmiş gücə işarə edir. Ofrouderin təchizatına Forged Line disklər dəsti, kuzovun qızılı haşiyələri olan qara rəngi və interyerin dəri/alkantara ilə üzlənməsi daxildir. Əlavə ödəniş müqabilində Manhart da yeni buraxılış sistemini və eksklüziv interyer tərtibatını təklif etməyə hazırdır.

Həm adi Ranger Rover, həm də onun SV versiyasında quraşdırılan 4,4-litrlik V8 biturbo mühərriki 530 at qüvvəsi və 750 Nm hasil edir. Manhart mütəxəssisləri aqreqatın gücünü 650 at qüvvəsinə çatdırıblar - lakin tünerlərin digər yaratdıqlarının fonunda bu o qədər də çox deyil.

Məsələn, almanlar BMW X3 M Competition krossoverinin 3,0-litrlik altısilindrli S58 mühərrikindən 635 at qüvvəsi (785 Nm), M2 Competition modelinin S55 biturbo mühərrikindən 630 at qüvvəsi əldə ediblər.

Rəqəmlər güc baxımından yaxın olsa da, altısilindrli mühərriklər səkkizsilindrli mühərriklərin sahib olduğu sel kimi dartma qüvvəsinə malik deyillər. Manhart mütəxəssisləri BMW X7 M50i modelində quraşdırılan 4,4-litrlik V8 mühərrikini təkmilləşdirdikdən sonra 920 Nm fırlanma anı qeyd alıblar. Çox güman ki, Vogue RV 650 modeli də eyni parametrlərə malik olacaq.

Qalan cəhətdən krossover atelyenin digər avtomobillərinə bənzəyir: qara-qızılı rəngli livreya, qızılı rəngli döymə disklər və eksteryerə uyğun gələn dəri və alkantara ilə üzlənmiş salon.

Image alt Image alt Image alt Image alt Image alt

Əlavə ödəniş qarşılığında avtomobilə yeni buraxılış sistemini də quraşdırmaq olar. Eksklüziv eksteryer və interyer dekoru da problem deyil. Belə tüninqin neçəyə başa gələcəyi hələlik bildirilməyib. Ofrouderin yalnız Yaxın Şərqdən olan alıcılar üçün nəzərdə tutulduğu məlumdur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.