Renault şirkəti yeni Austral krossoverinin təqdimatına hazırlaşır. Hazırda yeni krossoverin sınaq prototipləri real istismar şəraitində, müxtəlif yollar və temperaturlarda keçirilən son sınaqlarda iştirak edirlər. Sınaqlar zamanı, Renault mütəxəssisləri avtomobilin sürücü yardımçılarından tutmuş qoşulan xidmətlərə kimi bütün sistemlərinin işini yoxlayırlar.
Renault sınaqlar zamanı diqqət mərkəzində olan əsas məqamları qeyd edib - bunlar idarəetmə, zolağa nəzarət sistemi, komfort, əyləc sistemi, hərəkət keyfiyyətləri, yanacaq sərfiyyatı, erqonomika, qoşulmuş xidmətlər və başqa sistemlərdir. Şirkətdən avtomobilin xarakteristikalarının “müştərilərin gözləntiləri və tələbatlarına” uyğun olaraq əvvəlcədən müəyyən edildiyini söyləyiblər.
Renault Austral model müxtəlif ölkələrdə və müxtəlif iqlim şəraitlərində sınaqlardan keçir. Məsələn, prototiplər yay testləri İspaniyanın cənubunda, qış testləri isə İsveçin Kirun şəhərində keçirilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.